Icma.az
close
up
RU
Xronika: Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafından 4 200 il əvvəldən başlayır

Xronika: Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafından 4 200 il əvvəldən başlayır

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "4 min il öncə olan qədim yazılarda türk adı "turuk" kimi qeyd olunub" adlı veriliş hazırlanıb.

Verilişdə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov türk və Azərbaycan millətinin tarixi və dövlətçiliyindən danışıb.

O bildirib ki, bizə monqoloid damğası yapışdırırlar: "Altay nəzəriyyəsi qondarmadır, türklər Altaydan gəlmə deyil. Bizim koreyalı, yapon, monqollarla qohumluğumuz yoxdur. Urmiya nəzəriyyəsi türklərin Azərbaycanın ən qədim əhalisi olduğunu sübut edir. İlk Azərbaycan dövləti 4 200 il bundan əvvəl qurulub. Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafından 4 200 il əvvəldən başlayır. İlk Azərbaycan dövlətində hakimiyyət varisliklə deyil, seçki ilə dəyişirdi".

Onun sözlərinə görə, İranın təsiri ilə Yaz bayramının adı Novruz kimi qeyd olunur: "Yaz bayramı nə Avestada, nə də Əhəməni mənbələrində var. Sasanilərə qədər farslar Yaz bayramından xəbərsiz idilər. Urartu mixi yazılarında Azərbaycan türkcəsində sözlər üstünlük təşkil edir.

Professor deyib ki, Qut dövləti türk törəsinin əsasında 4 200 il öncə Urmiya gölü ətrafında qurulub: "Qut hökmdarlarının adı onların etnik mənşəyini sübut edir. 4 min il öncə olan qədim yazılarda türk adı "turuk" kimi qeyd olunub. Dədə Qorqudda Dış oğuzlarla İç oğuzlar birləşiblər".

F. Cəlilov "qalın oğuz eli qurdular" ifadəsinin mənasına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafından 4 200 il əvvəldən başlayır"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri