Icma.az
close
up
RU
Xruşovu öldürmək istəyən gürcü tələbələr Onlardan biri sonradan deputat olub

Xruşovu öldürmək istəyən gürcü tələbələr Onlardan biri sonradan deputat olub

Icma.az bildirir, Tribuna portalına istinadən.

İkinci dünya müharibəsindən sonra insanların böyük əksəriyyəti İosif Stalinə səmimi hörmət bəsləyib. Buna səbəb ideoloji baxımından onların beyninə yeridilən müharibədən qalib çıxmaq düşüncəsi olub. Halbuki məhz onun rəhbərliyi altında SSRİ-də yaşayan xalqların milyonlarla üzvü günahsız olduqları halda qətlə yetirilib və repressiyalara məruz qalıb. Hətta hazırda Şimali Koreyada həyata keçirilən “ailəvi cəzalandırma” prinsipi həyata keçirilib. Yəni atanın boynuna qoyulan ittihamların cəzasını ailə üzvləri də çəkib.

Lakin Stalinin “Pirr” qələbəsi böyük təntənə ilə təbliğ edilib. Təbliğatda əsas diqqət düzgün pul islahatı və onun nəticəsində qiymətlərin enməsi, SSRİ-ni ABŞ-nin gözlənilməz nüvə zərbəsi ehtimalından qoruyan atom bombasının hazırlanmasına yönəldilib.

Satilinin ölümü ilə vəziyyət dəyişib. O, 30 illik hakimiyyəti dövründə özünə siyasi xələf yetişdirməmiş, az-çox iddialı olanların başınə əkmişdi. Nəticədə Beriya 1953-cü ildə Georgi Malenkovun Nazirlər Sovetinin sədri seçilməsinə nail olub. Beriyanın əsas məqsədi Malenkovun yardımı ilə hakimiyyəti ələ keçirmək olsa da, Georgi əks-cəbhədəki Nikita Xruşov, ordu komandanı Nikolay Bulqanin və marşal Georgi Jukovla birləşib və hamısı birlikdə Beriyanın axırına çıxıb.

Gürcüstanda qətliam

Gürcülər Stalinin adını eşidəndə qürur hissi keçiriblər. Çünki Stalin gürcü xalqının nümayəndəsi idi (sonradan onun milliyytcə osetin olmasına dair güclü ehtimallar səslənib). Odur ki, partiyanın XX qurultayından sonra mətbuatda çıxan məlumatlar onları şoka salıb. Ölümündən təxminən 3 il sonra hökumətin bütün səhvləri Stalinə yüklənib. Dərc edilən məqalələrdə “xalqların atası” faktiki olaraq dəyərsiz bir lider kimi elan edilib. Hətta Xruşov öz çıxışında istehzalı şəkildə “gürcü xalqının böyük oğlu” kimi ifadələrə yol verib. Bu da gürcülərin milli qüruruna toxunub.

Artıq Gürcüstanda yerli sakinlər həm Stalinə, həm də özlərinə görə Tiflisdə dinc mitinqlər keçiriblər. Hətta Gürcüstan Kommunist Partiyasının birinci katibi Vasili Mcavanadze etirazçıların qarşısında çıxış edərək gərginliyi azaltmağa çalışıb. O, gürcü dilini pis bildiyi üçün dedikləri etirazçılarda yalnız gülüş doğurub. Həmin günlərdə Çin Xalq Respublikasının rəhbərlərindən biri, marşal Çju De Tiflisdən 7 km aralıda olan Krçanisidə olub. Nümayişçilərdən bəziləri milislərin müqavimətini yararaq marşalın yanına yollanıblar. Çju De onların qarşısına çıxaraq Stalinin abidəsini ziyarət edəcəyinə söz verib. Lakin etirazçılar dağıldıqdan sonra Moskvaya qaçıb.

Dinc nümayişçiləri tanklar və pulemyotlar qarşılayıb. Bir həftə davam etmiş iğtişaşlar nəticəsində 22 nəfər həlak olub, 44 nəfər yaralanıb və 200 nəfər hadisələrin təşkilatçılığında rol oynadığına görə SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşları tərəfindən həbs edilib. Lakin qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı daha çox olub. Sonradan Gürcüstanın məşhur dissidentləri olan Merab Kostava və Zviad Qamsaxurdiya da etirazların iştirakçıları olublar və məhz bu zaman ilk dəfə milis qeydiyyatına düşüblər.

Stalinə görə Xruşovu öldürmək istəyən tələbələr

1960-cı ildə gənc tələbələr Abrek Batoşvili, Akaki Mdinaradze, Aleko Meladze və Otar Mikvabişvili öyrəniblər ki, Xruşov bir neçə aydan sonra Gürcüstana səfər etməyi planlaşdırır. Onlar Stalinin pislənməsinə və 1956-cı ildə nümayişçilərə divan tutulmasına görə qisas vaxtının yetişdiyi qənaətinə gəliblər. Xruşşovun narazı olan gürcüləri Orta Asiyaya göndərmək planı barədə insanlar arasında yayılan şayiələr tələbələrdə SSRİ liderini öldürmək fikrini qətiləşdirib.

Gənclər içi dinamitlə dolu qab hazırlayıb, kortejə atmağı planlaşdırblar. Hazırlıqlar zamanı yerli monastırda olan rahiblərdən biri təsadüfən plandan xəbər tutub. Rahib qonaq gələn Moskva turistlərinə yaxınlaşaraq onlardan Nikita Xruşova onu Gürcüstanda öldürmək istədiklərini söyləmələrini xahiş edib.
Məlumat SSRİ Xalq Daxili İşlər Komissarlığına çatıb və idarənin əməkdaşları tez bir zamanda bütün gənclərin şəxsiyyətini müəyyən edib saxlayıblar. Məhkəmə qısa davam edib – Mdinaradze 2 il, Batoşvili 10 il, Meladze isə 5 il müddətinə həbs edilib. Qrupun lideri Mikvabişvili üçün edam cəzası nəzərdə tutulub.

Nikita Xruşov 1961-ci il mayın 12-də sakitcə Tiflisə gəlib və şəhər küçələrinin döngələrinin birində yaşlı qadın özünü onun avtomobilinin qarşısına atıb. Bu, Otar Mikvabişvilinin anası olub. Qadının hərəkətindən təəccüblənən Xruşov məktubu şəxsən onun əlindən alıb. Ana oğlunun ölüm hökmünün 15 il həbslə əvəz edilməsini istəyib, Nikita buna razılığını bildirib. 1964-cü ildə Xruşşov bütün vəzifələrindən uzaqlaşdırılıb və dörd ildən sonra qrupun həbsdə qalan bütün üzvləri əfv edilib.

1990-cı ildə Aleks Meladze Gürcüstan parlamentinin üzvü seçilib və 1991-ci ilin aprelində həmkarları ilə birlikdə ölkənin Müstəqillik Aktını imzalayıb.

İlkin Nəcəf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Mart 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri