Xudafərin körpüsü: qədimlik və birlik rəmzi
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əsrlər boyu strateji, iqtisadi və mədəni baxımdan əhəmiyyət daşıyan Xudafərin körpüsü yalnız region üçün deyil, həm də bütün Qafqaz üçün mühüm bir keçid nöqtəsi olub. Azərbaycan xalqının yaddaşında təkcə daş-kərpicdən ibarət tikili deyil, həm də mənəvi körpü kimi yaşayır. Folklorda körpü sevgililərin görüş yeri, qəhrəmanların döyüşə yollandığı və ya dönüb gəldiyi müqəddəs məkan kimi təsvir edilir. Əfsanələrdə körpünün bir gecədə Allahın möcüzəsi kimi tikildiyi inancı xalqın ruhunda dərin iz salmışdır. Bu inam körpüyə müqəddəslik qazandırmış, ona xalq yaddaşında ilahi rəmz statusu vermişdir.
Xalq dastanlarında, xüsusilə Aşıq ədəbiyyatında körpü qəhrəmanların döyüş yolunda son mənzili, həmçinin ümid və sevinc yeri kimi təsvir olunur. Bu isə körpünün yalnız fiziki deyil, mənəvi yükünü də artırır. Beləliklə, Xudafərin körpüsü Azərbaycan xalqının şifahi və yazılı ədəbiyyatında özünəməxsus yer tutur.
Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri haqqında zaman-zaman az danışılmayıb. Mərhum yazıçı "Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı Şah İsmayıl Xətainin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi əsərin adını təşkil edib. Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir. Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir.
Turizm eksperti Rəhman Quliyev söhbət zamanı bildirdi ki, “Xudafərin körpüsü Azərbaycan xalqının tarixində və mədəni irsində xüsusi yer tutan qiymətli memarlıq abidəsidir. Bu tarixi körpü əsrlər boyu mühüm ticarət və nəqliyyat yollarının üzərində yerləşərək müxtəlif bölgələri bir-biri ilə əlaqələndirib. Xudafərin yalnız memarlıq nümunəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik, şəhərsalma və mühəndislik ənənələrinin mühüm göstəricilərindən biridir. Körpünün yerləşdiyi ərazi tarixi və təbii xüsusiyyətləri ilə yanaşı, turizm baxımından da böyük potensiala malikdir. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun turizm imkanlarının inkişafı fonunda Xudafərin körpüsü mühüm mədəni-tarixi turizm məkanlarından birinə çevrilə bilər. Burada tarixi irsin qorunması ilə turizm imkanlarının düzgün şəkildə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Xudafərin körpüsünün beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın zəngin mədəni irsinin dünyaya təqdim olunmasına da mühüm töhfə verə bilər. Hesab edirəm ki, bu abidə gələcəkdə həm tariximizi yaşadan mühüm irs nümunəsi, həm də Qarabağın turizm marşrutlarının əsas simvollarından biri kimi öz layiqli yerini tutacaq”.
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub. Artıq bu körpülər Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çervrilmişdir. Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzahürü olaraq öz mənəvi dəyərini qoruyub saxlamışdır. Eyni zamanda Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır.
27 il sonra 4 oktyabr 2020-ci il tarixdə Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunda, 18 oktyabr 2020-ci il tarixdə isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Bununla bağlı Prezident İlham Əliyev öz “tvitter” hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazmışdır.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















