Icma.az
close
up
RU
Xuraman Şuşalı: “Məktəblilər üçün təşkil olunan avtobuslar pulsuz olsaydı...”

Xuraman Şuşalı: “Məktəblilər üçün təşkil olunan avtobuslar pulsuz olsaydı...”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Müğənni Xuraman Şuşalı da məktəblilər üçün təşkil olunan avtobusların aylıq ödənişinin yüksək olmasından narazılığını bildirib. 

Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, 240 manatlıq abunə haqqının çox olduğunu deyərək avtobusların pulsuz olmasını təklif edib:

“Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparmaz. Tıxaclar da azalar”.

Qeyd edək ki, Bakıda “Məktəbli avtobusları” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə 11 məktəb (8 dövlət, 3 özəl) bu sistemə qoşulub. Layihənin məqsədi şagirdlərin rahat və təhlükəsiz daşınmasını təmin etməkdir.

Abunə haqqı məsafəyə və məktəbə görə dəyişir, qiymətlər 100 manatdan başlayaraq 240 manata qədər yüksəlir. Bu, sosial şəbəkələrdə bir çox valideynlərin də narazılığına səbəb olub.

Təhsil mütəxəssisləri bildirirlər ki, layihə ilkin mərhələdə özəl şirkətlər tərəfindən həyata keçirilir və gələcəkdə qiymətlərin tənzimlənməsi, həmçinin dövlət subsidiyasının tətbiqi nəzərdən keçirilə bilər.

Müğənni Xuraman Şuşalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, məktəblilər üçün təşkil olunan avtobuslar pulsuz olsa, tıxaclar da azalar.

Müğənni, uşaqlarını səhərlər həyat yoldaşının, bəzən isə özünün də apardığını qeyd edib:

“Sadəcə fikrimi bildirmək istədim ki, əgər məktəblilər üçün təşkil olunan avtobuslar pulsuz olsaydı, yəqin ki, heç bir valideyn uşağını özü aparmazdı. Tıxaclar azalardı, uşaqlar məktəblilər üçün təşkil olunan avtobuslarla gedib gələrdilər. Məncə, bu, tıxacların qarşısını almağın çox gözəl bir variantıdır.

Mənim uşaqlarımın ikisi bir, digəri isə başqa məktəbdə oxuyur. Ona görə də daha çox yollarda qalırıq, hərəsi də dərsdən fərqlin saatda çıxır. Uşaqlarımı səhər həyat yoldaşım aparır, amma yenə də tıxaca düşürük. Bəzən özüm də aparıram. Şirkət servisi vasitəsilə getmirlər, özümüz aparırıq. Məktəblərin qarşısında maşınların saxlanılması da tıxac yaradır. Xüsusilə məktəblər açılan zaman tıxaclar daha çox olur.

Məsələn, yayda isə o qədər də tıxac olmur, vəziyyət nisbətən yaxşı olur. Uşaqları özümüz aparıb-gətirməyə məcbur oluruq. Çünki bunun yol keçmək kimi problemləri var. Görürük yollarda qəzalar baş verir. Bugünkü gündə uşaqları nəzarətsiz buraxmaq çox risklidir. İndi bu dəqiqə hamı maşın sürəndə telefona girir və diqqətsizlik edə bilirlər. Yolu keçəndə görürsən ki, sürücünün gözü telefondadı”.

O həmçinin piyadaların da tıxac yaratdığını vurğulayıb:

“Bundan başqa, keçidi çox yavaş keçən piyadalardan da şikayətçiyəm. Yəni ürəyimiz rahat olsun deyə, özümüzü əziyyətə salırıq. Bəzən insanlar 5 addımlıq yolu da maşınla gedirlər. Bu da əlavə tıxac yaradır. Mən çalışıram ki, bir çox yerə piyada gedim”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri