Azərbaycanlı influenser, rusca çağırış və alt yazı: Nazirliyin kampaniyasında nə yanlış getdi? AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Energetika Nazirliyinin sosial şəbəkə hesabında rus dilində çəkilmiş video paylaşılıb. Azərbaycanlı influenserlə övladının yer aldığı videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində səsləndirilib, öz doğma dilimizdən isə alt yazıda istifadə olunub. Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdiyi bir dönəmdə dövlət qurumunun həmin videonu paylaşması müzakirə yaradıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova deyib ki, dövlət qurumunun rəsmi sosial şəbəkə hesabında yayımlanan videonun rus dilində hazırlanması dil siyasəti baxımından doğru deyil:
“Xüsusilə də söhbət Energetika Nazirliyi kimi strateji bir dövlət qurumundan gedirsə, burada dil seçimi təsadüfi ola bilməz. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və bu dil ictimai kommunikasiyada əsas olmalıdır. Azərbaycanlı influenser və onun övladı ilə çəkilən videoda mesajın rus dilində səsləndirilməsi, ana dilimizin isə yalnız alt yazı səviyyəsinə endirilməsi dilin ikinci plana keçirilməsi təsiri yaradır. Bu, həm simvolik, həm də ideoloji baxımdan yanlış addımdır”.
Dilçi diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə ana dilimizin qorunması, inkişafı və ictimai mühitdə prioritet olması ilə bağlı açıq və qəti mesajlar verdiyi bir dövrdə belə bir paylaşım xüsusilə anlaşılmaz görünür:
“Dövlət qurumları cəmiyyətə nümunə göstərməli, dilə münasibətdə daha həssas və məsuliyyətli davranmalıdır. Əgər məqsəd enerjiyə qənaətlə bağlı çağırışı geniş auditoriyaya çatdırmaqdırsa, bu, ilk növbədə dövlət dilində edilməlidir. Xarici dillər isə yalnız əlavə və köməkçi vasitə kimi istifadə oluna bilər. Dövlət qurumunun öz dilini kənara qoyaraq başqa dildə danışması nə zəruridir, nə də məqbul”.
Xatırladaq ki, Energetika Nazirliyi isə məsələyə münasibət bildirib ki, enerjinin səmərəliliyi kampaniyası çərçivəsində artıq 160-dan çox fərqli şəxsin videosu var. Həmin videolar müxtəlif dillərdə hazırlanıb və bu kampaniyaya qoşulan şəxslərin videolarını seçim əsasında indiyədək sosial media səhifələrimizdə paylaşılıb. Rus dilində olan videolarla yanaşı, ingilis dilində də çarxlar var. Niyə məhz rus dilində olan təbliğata mənfi yöndən yanaşılır? Rus dilində olmasına baxmayaraq alt yazı Azərbaycan dilindədir. Nəticədə reklamın təsir imkanları genişlənir. Azərbaycan dilində də kifayət qədər videoçarxlar hazırlanır.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nazirliyin infeksionisti qripə görə çağırış etdi
24 Dekabr 2025 15:45
Bakıda Nazirliyin zavodunda yanğın Rəsmi AÇIQLAMA
10 Dekabr 2024 10:31
Azərbaycanlı deputatdan Latviyaya çağırış
22 Yanvar 2025 15:12
Nazirliyin əməkdaşının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA
24 Dekabr 2024 08:16
Qusar stadionu nazirliyin balansına verilə bilər RƏSMİ AÇIQLAMA
22 Avqust 2025 17:11
Baxış sayı:34
Bu xəbər 20 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları