Icma.az
close
up
RU
Xüsusi məna daşıyan Zirvə görüşü ŞƏRH

Xüsusi məna daşıyan Zirvə görüşü ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev tədbirdəçıxış edərək Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi etdiyini bildirib.Əvvəlki iki Zirvə görüşünün 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı keçirilən Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini vurğulayıb. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün keçirildiyini bildirib.

Prezident İlham Əliyev çıxışında erməni vandalızmindən, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi düşmənçilik siyasətindən bəhs edərək mövcud reallıqları bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.

“İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır” - deyən Prezident İlham Əliyev Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını qeyd edib.

Dövlətimizin başçısı işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən sildiklərini bildirib. 67 məsciddən 65-inin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini, qalan ikisinin isə ciddi zərər gördüyünü, donuz və inək tövləsi kimi istifadə olunduğunu vurğulayıb. Bunun, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir olduğunu söyləyib.

Ölkə başçısı əlavə edib ki, Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.

Prezident İlham Əliyev Ermənistanın torpaqlarımızda bir milyondan çox mina basdırdığını, Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımızın mina partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı çıxışında işgaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs edib. Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlərin inşa edildiyini qeyd edib. “Böyük Qayıdış” Proqramının icra edildiyini bildirib. Prezident İlham Əliyev bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edildiyini, hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insanın yaşayıb, çalışdığını və təhsil aldığını söyləyib.

Çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarına toxunan Ölkə başçısı onların hüquqlarının təmin olunmasının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır”-deyə Prezident İlham Əliyevbildirib.

Dövlətimizin başçısı Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri