Icma.az
close
up
RU
Azərbaycanı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında təmsil edəcək idmançılarla görüş olub FOTOLAR

Azərbaycanı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında təmsil edəcək idmançılarla görüş olub FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək idmançılar və məşqçilərlə görüş olub. Bu barədə SİA-ya MOK-un mtbuat xidmətindən məlumat verilib.

Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər.

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı haqqında video təqdimatdan sonra komandanın missiya rəhbəri Vaqif Əliyev yarışa hazırlıq və “Təhlükəsiz İdman”a dair nümunəvi sənəd haqqında təqdimatla çıxış edib.

O, Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək yarış haqqında iştirakçıları məlumatlandırıb. Vaqif Əliyev əvvəlkilərdən fərqli olaraq, bu festivalın bir neçə yeniliklə yadda qalacağını bildirib. Qeyd edib ki, bu yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunması, digəri isə proqramda yeni idman növlərinin - stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır. O, həmçinin Olimpiya kəndi, nəqliyyat infrastrukturu, yarışların keçiriləcəyi məkanlar və təhlükəsiz idman məsələləri haqqında da iştirakçıları məlumatlandırıb.

AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.

EYOF-2025-in gənc səfiri Nərmin Kərimova isə festival zamanı əyləncəli və mədəni tədbirlər haqqında məlumat verib.

Qeyd edək ki, festivalda 50 ölkədən ümumilikdə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Azərbaycan komandası 10 idman növü - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 kişi, 24 qadın) idmançı ilə təmsil olunacaq.

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 20-də, bağlanış mərasimi isə 26-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri