Ya döyüşə gedin, ya da 25 illik deportasiya... Rusiyada azərbaycanlılar 3 gündür ac susuz saxlanılır + VİDEO
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına yollana 3 nəfər Azərbaycan Respublikası vətəndaşı Zukovski Hava Limanında heç bir əsas olmadan saxlanılaraq, nəzarət məntəqəsinə aparılıblar.
Hurriyyet.az xəbər verir ki, bu barədə saxlanılan vətəndaşlardan birinin sosial şəbəkələrdə müraciəti yayılıb.
Saxlanılan şəxsin məlumatına görə, onlar artıq 3 sutkadır ki, ac-susuz və şəraitsiz vəziyyətdə saxlanılır. O, bildirir ki, vətəndaşların mobil telefonları əlindən alınıb və onların icazəsi olmadan şəxsi məlumatları, o cümlədən "WhatsApp" və digər sosial şəbəkə hesabları yoxlanılıb.
Zərərçəkən bildirir ki, rusiyalı nəzarətçilər onların şəxsi əlaqə nömrələrini silir və ya Rusiya Federasiyası tərəfindən döyüşlərdə iştirak etməyə razılıq vermələrini, ya da 25 illik deportasiya qərarını qəbul etmələrini tələb edirlər. Deportasiya qərarının nə vaxt icra olunacağı barədə isə dəqiq məlumat verilmir, təxminən 15–20 gün çəkəcəyi söylənilir.
Vətəndaşlar Azərbaycan hökumətindən onların vəziyyətinə müdaxilə edib, tezliklə vətənə qaytarılmalarını təmin etməsini xahiş edirlər.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 08 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















