Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“YA RUSİYA ÇÖKMƏLİDİR, YA UKRAYNA TAM İŞĞAL OLUNACAQ...” “İstənilən razılaşma müharibəni bitirməyəcək...”

“YA RUSİYA ÇÖKMƏLİDİR, YA UKRAYNA TAM İŞĞAL OLUNACAQ...” “İstənilən razılaşma müharibəni bitirməyəcək...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ukraynaya “həlledici zərbə” daxildən gələ bilər...Kiyev müharibəyə aydın məqəadi olmadan daxil olub”

Ukraynanın Birləşmiş Krallıqdakı səfiri və Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı müharibə və onun siyasi çalarları barədə ən kəskin qiymətləndirmələrdən birini səsləndirib.

“AzPolitika” xəbər verir ki, general LIGA.net portalı üçün yazdığı geniş analitik məqalədə Ukraynanın indiyədək əsas siyasi məqsədi dəqiq müəyyən etmədən müharibə apardığını vurğulayıb. Onun sözlərinə görə, bu boşluq təkcə Kiyev üçün yox, bütövlükdə Avropa üçün ciddi strateji nəticələr doğurur.

Zalujnı əsas tezisini Klauzevitsin məşhur nəzəriyyəsinə söykəyir: müharibə siyasətin başqa vasitələrlə davamıdır və siyasi məqsəd dəqiq müəyyənləşdirilmədən rasional strategiya qurmaq mümkün deyil.

Generalın fikrincə, Ukrayna tammiqyaslı müharibəyə bu cür aydın siyasi məqsəd olmadan daxil olub və elə bu şəkildə də davam etdirib. Nəticədə döyüş meydanındakı qəhrəmanlıq uzunmüddətli planlaşdırmadakı boşluqları – xüsusən səfərbərlik, iqtisadi idarəetmə və tərəfdaşlarla münasibətlərdə uyğunsuzluğu kompensasiya edə bilməyib.

O, müharibəni getdikcə “qlobal müharibə xüsusiyyətləri daşıyan” qarşıdurma kimi xarakterizə edir: burada məsələ itkilərin sayında deyil, konfliktin dünya iqtisadiyyatı və təhlükəsizlik sistemi üzərində yaratdığı təsirdədir.

Zalujnıya görə, artıq söhbət yalnız Ukraynanın ərazi bütövlüyündən getmir – Avropanın gələcək təhlükəsizlik arxitekturasının harada formalaşacağı müəyyənləşir: Kiyev və Varşavada, yoxsa Moskvada.

General məqaləsinin mühüm hissəsini Rusiyanın siyasi məqsədlərinə həsr edir və bunu açıq şəkildə belə ifadə edir:“Rusiya üçün bir nömrəli hədəf Ukraynadır – onun dövlətçiliyi, müstəqilliyi və bütün potensialı”.

Onun fikrincə, Moskva Donetsk və ya Luqansk kimi bölgələrə yalnız canlı qüvvə ehtiyatı kimi yanaşır. Əsas məqsəd Ukraynanı müstəqil dövlət kimi sıradan çıxarmaq və onun ərazisini “Avropaya giriş qapısı” kimi istifadə etməkdir. Bu isə o deməkdir ki, Ukraynanı zəif və parçalanmış vəziyyətdə qoyan və ya güclü təhlükəsizlik mexanizmlərindən kənarda saxlayan istənilən razılaşma müharibəni bitirməyəcək - sadəcə daha sonra, bəlkə də daha qərbdə yenidən başlayacaq.

Zalujnı xatırladır ki, Rusiya 2022-ci ilin əvvəlində sürətli “yox etmə” strategiyasından – Kiyevə hücum planının uğursuzluğa düçar olmasından sonra uzunmüddətli tükətmə müharibəsinə keçdi. Bu tip savaşda həlledici zərbələr ərazi qazancları deyil, rəqibin müqavimət gücünün sistemli şəkildə aşındırılmasıdır: infrastrukturun ardıcıl vurulması, ağır döyüşlər, iqtisadi təzyiq və ictimai rəyin sarsıdılmasına yönəlmiş informasiya əməliyyatları.

General xəbərdarlıq edir ki, Ukrayna üçün belə müharibədə “həlledici zərbə” məhz daxili proseslərdən gələ bilər – dövlət hərbi, iqtisadi və siyasi cəbhələri koordinasiya edə bilməsə, siyasi böhrana və hətta daxili toqquşmaya sürüklənə bilər.

Bu yanaşma Avropa üçün də xoşagəlməz nəticələr doğurur. Zalujnı hesab edir ki, Ukraynada “üzüağ” nəticə verəcək ucuz və sürətli sülh ssenarilərinə inanmaq illüziyadır.

O xatırladır ki, Qərbdə bərpa və seçkilərlə bağlı nikbin proqnozlar səsləndiyi dövrdə cəbhə xətti ardıcıl olaraq Dneprə, oradan isə Zaporojye və Xarkova doğru geri çəkilirdi. Rusiyanın siyasi məqsədlərinin yanlış anlaşılması və müharibənin sırf ərazi mübahisəsi kimi dəyərləndirilməsi Moskvanın öz mövqeyini gücləndirməsinə imkan verib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatını müharibəyə uyğunlaşdırıb, müdafiə istehsalını genişləndirib, qanunvericiliyi sərtləşdirib, təbliğat maşınını daha aqressiv hala gətirib. Halbuki Aİ ölkələri hələ də mərhələli yardım paketlərini müzakirə edir və sursat, hava hücumundan müdafiə istehsalının genişləndirilməsi ilə bağlı çətinlik çəkirlər. Əgər müharibəartıq sənaye ölçüsündə tükətmə mərhələsinə keçibsə, həlledici faktor Ukrayna və onun tərəfdaşlarının iqtisadi-texnoloji potensialı ilə Rusiya və müttəfiqlərinin imkanları arasındakı rəqabət olacaq.

Zalujnı təhlükəsizlik təminatları barədə də konkret danışır. Onun fikrincə, Ukrayna üçün yalnız üç real uzunmüddətli təminat mövcuddur:

-NATO-ya üzvlük;

-Ukrayna ərazisində nüvə silahlarının yerləşdirilməsi;

-Rusiyanı çəkindirə biləcək böyük xarici hərbi kontingentin daimi dislokasiyası.

General bildirir ki, hazırda bu variantların heç biri reallıqda gündəmdə deyil. Bununla belə, onun fikrincə, “sülh – hətta növbəti müharibə ehtimalı şəraitində belə – siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa və iqtisadi inkişaf üçün imkan yaradır”.

Bütün bu arqumentlər Avropa üçün acı nəticəyə gətirir: Ukraynaya real təhlükəsizlik təminatları olmadan əldə ediləcək atəşkəs və ya “dondurulmuş” münaqişə yalnız müvəqqəti nəfəs alma imkanı verəcək, lakin qarşıdurmanı həll etməyəcək. Sanksiyalara dözüb yenidən silahlanan və işğal altındakı əraziləri möhkəmləndirən Rusiya bundan sonra Moldova, Qərbi Balkanlar və hətta NATO-nun şərq cinahına təzyiq göstərmək üçün daha əlverişli mövqedə olacaq.

Zalujnı nəticəni belə formalaşdırır: “Qələbə - Rus imperiyasının çökməsidir; məğlubiyyət - Ukraynanın dağılaraq tam işğalıdır. Qalan hər şey sadəcə müharibənin davamıdır”.

Bu sözlər Avropa üçün birbaşa siyasi resept olmasa da, Ukrayna hərbi elitasının münaqişənin mahiyyətini necə gördüyünü dəqiq şəkildə ortaya qoyur. Bu kontekstdə Avropada “müharibədən yorulma” və ya “təhlükəsizlik–rifah” dilemması barədə debatlar münaqişənin strateji mahiyyətindən uzaq görünür.

Generalın analizi Aİ hökumətlərinin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Əgər Rusiyanın məqsədi Ukrayna dövlətçiliyini məhv etməkdirsə və Moskva uzunmüddətli tükətmə müharibəsinə tam uyğunlaşıbsa, konfliktin “az xərc hesabına idarə olunması” strategiyası nəticə verməyəcək. Avropanın qarşısında iki real seçim qalır: ya Ukraynanın siyasi çökməsinin qarşısını alacaq və Rusiyanın hərbi gücünü məhdudlaşdıracaq səviyyədə dəstək vermək, ya da daha sonra daha geniş və daha bahalı müharibə ehtimalı ilə barışmaq.

Zalujnı müharibəni cəsarət və resurs sınağından daha çox, siyasi aydınlıq testi kimi qiymətləndirir. Onun Kiyevə mesajı aydındır: Ukrayna hərbi, iqtisadi və ictimai səyləri birləşdirən dəqiq siyasi məqsəd müəyyən etməlidir.

Avropaya ünvanlanmış əsas mesaj isə budur: Rusiyanın aqressiyasına qarşı vahid və aydın siyasi məqsəd formalaşdırılmayınca və bu məqsədi təmin edəcək resurslar ayrılmayınca, Moskva Avropanın təhlükəsizlik arxitekturasını faktiki olaraq öz təsir dairəsində formalaşdırmağa davam edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri