“Yaban pub”ın qarşısında dava salanlar Həbs edildi
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən “Yaban Pub”un qarşısında baş verib.
İctimai yerdə yüksək səslə söyüşlər söyən, digər vətəndaşların narahatlığına səbəb olan 1992-ci il təvəllüdlü S.Zeynalov və 1998-ci il təvəllüdlü M.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların sərxoş olduğu, ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyənləşib.
Barələrində inzibati protokol açılan şəxslər Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə S.Zeynalov 20, M.Musayev isə 15 sutka inzibati həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 Avqust 2026 04:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















