Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qəlblərdə əbədiləşən bürünc komanda

Qəlblərdə əbədiləşən bürünc komanda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“Neftçi”–1966

     Çoxlarınızın dəfələrlə görməyinizə baxmayaraq, yenə maraqla qarşılayacağınıza şübhə etmədiyim foto 1966-cı il noyabrın 30-da həyata vəsiqə alıb. Həmin payız axşamında “Neftçi” Respublika stadionunun tamaşaçılarla ağzınadək  dolu tribunaları qarşısında 28-ci SSRİ çempionatının Bakıda vida görüşündə Moskvanın “Spartak” komandasına 3:0 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə bürünc mükafatçı oldu. 

    Bu oyunda qələbə moskvalılar üçün də çox mühüm əhəmiyyət kəsb edirdi. Onlar məqsədlərinə çatsaydılar, finişdə “Neftçi”ni qabaqlayacaq, komandamız yekun cədvəlində 4-cü yerlə kifayətlənməli olacaqdı. Amma görüşdə baş verən hadisələrin göstərdiyi kimi, həmin gün qonaqlar meydan sahibləri ilə heç cür bacarmayıb, onların kəskin hücumları və həlledici dəqiq zərbələri qarşısında aciz qaldılar.     

    Nə həmin parlaq tamaşayadək, nə də ondan sonra Azərbaycan futbolunun ovaxtkı flaqmanının belə böyük nailiyyəti olmayıb. Bu gün bir daha dərc etdiyimiz foto bürünc medallı futbolçuların unudulmaz hünərini əbədiləşdirən tarixi töhfədir. 

    Budur, yenə 30 noyabr ərəfəsindəyik, yenə futbolumuzun böyük zəfər günlərini, ustalıqlarını dəfələrlə alqışladığımız insanları minnətdarlıq hissi ilə xatırlayırıq. Onlar həyatlarının ən yaxşı dövrünü, coşqun gənclik illərini bütün respublikanın sevimlisi olan “Neftçi”yə həsr etmiş və onun adının Sovet İttifaqı çempionatlarının mükafatçıları siyahısına yazdırılması üçün əllərindən gələni etmişlər. Respublika adına görülən böyük işlər, qazanılan uğurlar isə heç vaxt yaddan çıxmır. 

   Fotomüxbirin “Spartak”la oyundan dərhal sonra lentə aldığı qaliblər idman ictimaiyyətimizə yaxşı tanışdırlar. Onların adlarını bir daha hörmətlə çəkək. Fotoda ayaq üstə duranlar (sağdan sola): baş məşqçi Əhməd Ələsgərov, Kazbek Tuayev,Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Nikolay Boqdanov, komandanın rəisi Şövkət Orduxanov, Sergey Kramarenko, məşqçi Valentin Xlıstov, Vyaçeslav Semiqlazov, komandanın həkimi Boris Xetaqurov; oturanlar( yenə sağdan sola): Valeri Hacıyev, Mübariz Zeynalov, Anatoli Banişevski, Eduard Markarov və inzibatçı Aydın İsmayılov. 

    Allah rəhmət eləsin, bütünlüklə Azərbaycan futbolunun yetirmələrindən ibarət olan bu komandanın bir çox üzvü əbədiyyətə qovuşub. Həyatda olanlardan iki həftə əvvəl, noyabrın 13-də K.Tuayevin 85 yaşı tamam olub, onun yaşıdı B.Xetaqurov isə bu günlərdə özünün Feysbuk səhifəsində diqqətə çatdırdığı kimi, tezliklə “Zapiski futbolnoqo vraça” (“Futbol həkiminin qeydləri”) kitabını nəşr etdirəcək. Şübhəsiz, kitab futbol ictimaiyyətimizə dəyərli töhfə olacaq. Həyat və fəaliyyəti “Neftçi” ilə sıx bağlı olmuş məşhur həkimin qeydlərinin nəşrini maraqla gözləyək.

    “Spartak”la 59 il əvvəlki görüşə qayıdıb, qeyd edək ki,tallinli hakim Y.Xyarmsın idarə etdiyi oyunda bütün komanda əvvəldən axıradək tamaşaçıların alqış sədaları altında əla mübarizə apardı, matçın qəhrəmanı isə 2 qolun müəllifi Banişevski oldu. O və çempionatda “Neftçi”nin ən sərrast oyunçusu, 14 qolun müəllifi Tuayev mövsümün yekunlarına görə SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasına daxil edildilər. 

    Nəhayət, onu da xatırladaq ki, “Neftçi” Azərbaycan futbolu üçün çox əlamətdar olan 28-ci çempionatda 34 oyunda 68 mümkün xaldan 45-ni topladı. Bu, bütün ölkə birincilikləri ərzində komandanın ən yüksək göstəricisidir. Statistikaya müraciət etsək, görəcəyik ki, həmin il Bakı kollektivi gümüş mükafatçı Rostovun OİK komandasından cəmi 2 xal geri  qalıb və onunla hər iki oyunda meydandan qalib ayrılıb–evdə 4:1, səfərdə 3:1.

   ...Sabah yenə 30 noyabrdır. “Neftçi”nin bürünc medallarının 60 illik yubileyinə 1il qalır.

Oqtay BAYRAMOV,

Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see408

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see258

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri