Icma.az
close
up
RU
Yaddaşlarda yaşayan “İsmayıl” 80 nə çatdı...

Yaddaşlarda yaşayan “İsmayıl” 80 nə çatdı...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş simalarından biri, “İsmayıl” obrazı ilə qəlblərdə yaşayan Ceyhun Mirzəyevin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, yaşasaydı, mərhum sənətçinin 80 yaşı olacaqdı.

1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya gələn Mirzəyev hələ uşaqlıq illərindən taleyini sənətə bağlamışdı. Onun kino ilə tanışlığı təsadüfi deyildi, sanki bu yol onun üçün əvvəlcədən yazılmışdı.

Cəmi 11 yaşı olarkən ilk dəfə kamera qarşısına çıxaraq “Görüş” filmində kiçik bir obraz yaratdı. Lakin bir il sonra çəkildiyi “Ögey ana” filmində canlandırdığı İsmayıl obrazı onu bir anda tamaşaçıların sevimlisinə çevirdi. Bu rol sadəcə bir uşaq obrazı deyildi, o, səmimiyyətin, saf duyğuların simvoluna çevrildi və illər keçsə də unudulmadı.

Təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda alan sənətkar daha sonra Moskvada davam etdirib. Onun 46 illik ömrünün böyük bir hissəsi, düz 35 ili kino ilə bağlı idi. 

Mirzəyev təkcə aktyor kimi deyil, rejissor və yaradıcı şəxsiyyət kimi də özünü təsdiqləyir. O, “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışır, bir sıra filmlərə quruluş verir. 

1962-ci ildə rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” filmində baş rolda çıxış edərək peşəkarlığını bir daha nümayiş etdirir.

Onun yaradıcılığında xüsusi yer tutan layihələrdən biri də məşhur “Mozalan” kinojurnalı olur. Aktyor bu satirik layihənin bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin müəllifi idi. Hətta “Mozalan”ın məşhur vızıltı səsinin də ona məxsus olması onun qeyri-adi istedadının daha bir göstəricisi idi.

Sənətkarın son işi Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən “Fəryad” filmi olur. 

“Ögey ana” filmində yadda qalan balaca İsmayıl artıq böyümüş, həyatın sınaqlarından keçmiş, ailə sahibi bir insandır. İsmayıl burada batalyon komandiri kimi Vətən uğrunda döyüşən bir qəhrəmandır.

Təəssüf ki, o, bu filmin premyerasını görə bilmir. Lakin məhz bu əsərinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülür.

1994-cü il martın 5-də, cəmi 46 yaşında qəfil ürək çatışmazlığından dünyasını dəyişən sənətkar Yasamal qəbiristanlığında dəfn olunub.

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Aprel 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri