Icma.az
close
up
RU
Yaddaşlarda yaşayan Vətən sevdalısı

Yaddaşlarda yaşayan Vətən sevdalısı

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətən müharibəsində 44 günə düşməni darmadağın edən ordumuzun əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya göstərdi. 1997-ci ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olan Natiq Sahib oğlu Məmmədov da bu şanlı tarixi yazanların önündə gedib. Canını Vətənə fəda edən Natiq bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevirməklə ölməzliyə qovuşub. Qərinələr ötəcək şərəfli ömür yolu gələcək nəsillər üçün də örnək olacaqdır. Torpağı qanı bahasına Vətən edib müqəddəsləşdirən oğullar heç vaxt ölmürlər.
Natiq Məmmədov orta məktəbi başa vuranda Vətənə əsgər olub onun keşiyində durmağı bütün arzuların zirvəsi sayıb. Odur ki, yaşıdları kimi onu ordu sıralarına çağırılanda sevinc hissi keçirdib. Bir də məktəb illərində bu günü böyük intizarla gözləyib. Axı, canından artıq sevdiyi yurdunun bir parçası yağı basqınına məruz qalmışdı. Belə bir gündə Vətənin keşiyində durmaq, onu erməni dığalardan qorumaq üçün qeyrətli, cəsur oğlanlar lazım idi.
Bəli, Natiq Məmmədov cəbhə bölgəsində əlində silah, hər qarış torpağına bağlandığı doğma Azərbaycana layiqli əsgər olaraq komandirlərin tapşırıqlarını qüsursuz yerinə yetirib. Nümunəvi xidməti, bilik və bacarığı, cəsarəti hərbi hissədə ona hamının rəğbət və hörmətini qazandırıb. Ən əsası əsgər Natiqin qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanıb. Odur ki, təlim-məşqlərdə fəal iştirak edərək hərbi bilikləri dərindən mənimsəyib.
Əsgərlik həyatı fədakarlıqla, mərdliklə, həmçinin qürur doğuran məqamlarla dolu olan, Vətəni, torpağı canından artıq sevən Natiq Məmmədovu gizirlik məktəbinə göndəriblər. Bununla da ömrünü tamam hərbiyə bağlamaqla gizir rütbəsində xidmətini yenidən davam edib, dığalardan qisas almaqdan ötrü məqam axtarıb. Azərbaycanın müqəddəs bir parçası olan Qarabağı yağıdan azad etmək, bu yolda son damla qanınadək vuruşmaq Natiqin əsas amalına dönüb.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən silaha sarılan, qələbə ovqatı ilə döyüşən Natiq Məmmədov Vətən təəssübünü çəkə-çəkə ən qaynar nöqtələrə can atıb. Müharibə meydanında yağıya qarşı ilk həmlədən seçilib. Cəsarətlə vuruşub, sarsıdıcı zərbələr vurmaqla dığalara ciddi itkilər verib. Nəticədə 30 il Qarabağı əsarətdə saxlayan düşmən Natiq kimi qeyrətli oğulların sayəsində məğlubiyyətin acısını dadmaqla tələm-tələsik mövqelərini tərk edib qaçmağa üz qoyub. İgid döyüşçü hər dəfə də düşmənlə üz-üzə gələndə yaşının çərçivəsinə sığmayan qəhrəmanlıq göstərib.
Neçə-neçə ölüm-dirim savaşlardan zəfərlə çıxan Natiq son nəfəsdə də yağıya qan qusdurub. Təəssüflər olsun ki, Xocavəndin azadlığı uğrunda gedən əməliyyatlarda növbəti döyüş tapşırığını yerinə yetirərkən yağı gülləsi ürəyinə dəyib. Onun şəhadətə qovuşduğu ulu torpağa daha bir qələbə bayrağımız sancılıb.
Natiq Məmmədov könüllərə köçüb əbədilik qazanmaqla bərabər, həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülüb.
Biləsuvar elinin qəhrəman oğlu Natiq Məmmədov ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma Vətən torpaqlarının mənfur erməni dığalardan təmizlənməsi uğrunda gedən döyüşlərdə canını fəda etməklə adını yeni, şanlı tariximizə yazıb. O, qısa, amma olduqca şərəfli, gələcək nəsillərə nümunə olacaq bir ömür yaşadı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri