Icma.az
close
up
RU
“Yadplanetlilərə” bənzəyən naməlum və qorxunc balıq tapıldı FOTO

“Yadplanetlilərə” bənzəyən naməlum və qorxunc balıq tapıldı FOTO

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İxtioloqlar çaşqınlıq içindədirlər. Alimlər, təbiətdə təkamülü öyrənən tədqiqatçılar Sakit okeanın sahilində çoxlu dişləri olan vəhşi, ölü balıq qalıqlarını görüblər. Elmə məlum olmayan bu qorxulu su canlısının çənəsindəki bir neçə cərgədə düzülmüş iti, uzun dişlər görənləri təəccübləndirib.

Demokrat.az Azpost.info-ya istinadən xəbər verir ki, Kendra Lakou, Kanadada, yəni Britaniya Kolumbiyasının Vankuver adasının cənub ucunda yerləşən Xuan de Fukada, Sakit okeanı boğazındakı qayalıqlardan ibarət adaların birində ekoloq, eləcə də mayak baxıcısıdır. Kendranın yaşadığı və işlədiyi ada əslində Reys Roksun qorunduğu bu okean ərazisinin bir hissəsi hesab olunur.
Buranı tədqiq edən ekoloqun sözlərinə görə, hətta hər gün qağayılar və müxtəlif növlərdən olan digər quşlar bu qayalarda onun üçün çox sayda sürprizlər buraxıb gedirlər. Lakou bildirib ki, bu tapıntıların içərisində dəniz ulduzları, digər balıqlar, müxtəlif növ mollyuskalar da var.

Kendra Lakounun oktyabrın 26-da səhər gəzintisi zamanı qəfildən rastlaşdığı canlı və etdiyi kəşf onu həqiqətən də çaşdırıb. Ekoloq sahilə yaxın qayaların arasındakı ərazilərdə düşüb qalan, inanılmaz sayda iti dişləri olan balıq qalıqlarını görəndən sonra yeni su canlısını tapdığını anlayıb.
Kendra deyir: “Gördüyümə heyrət içində baxırdım. Mən indiyədək heç bir canlıda bu qədər çox diş görməmişdim”.

O, qəribə balıqların fotolarını çəkib, daha sonra isə həmin şəkillərin hamısını sosial şəbəkələrdə yerləşdirib. Bununla da, elm adamı kimi onu izləyənlərə öz məqsədini açıqlayan Kendra Lakou istifadəçilərdən xahiş edib ki, qorxunc su canlısının hansı növə aid olduğunu müəyyən etmək üçün ona köməklik göstərsinlər. Bəziləri bunun Dişli Yaşıllıq balığı ola biləcəyini, bəziləri isə vəhşi görünüşlü balığın yadplanetliyə bənzədiyi ehtimalını irəli sürüblər.

Kendranın çəkdiyi bu fotoşəkilləri tədqiq edən ixtioloq, alim Maria Korntueyt belə bir nəticəyə gəlib ki, balıqların hansı növ olduğunu müəyyən etmək çox çətindir. O bildirib ki, nadir nümunə hətta öz əlində olsa belə, hər hansı bir yolla bunu aydın etmək mümkün deyil, çünki “Yadplanetli” olduğu deyilən balığın başının, eləcə də gövdə hissəsinin cüzi parçası qalıb.

Bu günün özündə belə ətraflı araşdırılan, indiyə qədər də davam edən çox qızğın elmi mübahisələrə və fikir müxtəlifliyinə baxmayaraq, ixtioloq Maria Korntueyt ilk dəfə üzə çıxan nadir canlının qalıqlarının növünün müəyyən etdiyinə inanır.

Korntueyt, Britaniya Kolumbiyası adaları sahillərində məskən salan və həmçinin də “Coryphaenoides” cinsinə aid olub suyun dərinliyində yaşayan bu canlının bir balıq qrupunun üzvü ola biləcəyini söyləyib. O, yeni tapılmış iti dişli, vəhşi balıq növünü də məhz “Coryphaenoides” adlandırmağı təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri