Icma.az
close
up
RU
Yağışlı havada 5 6 dəfə qalxan taksi qiymətləri Sakinlər NARAZIDIR

Yağışlı havada 5 6 dəfə qalxan taksi qiymətləri Sakinlər NARAZIDIR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ötən həftə Bakıda müşahidə olunan güclü yağış və küləkli hava şəraiti şəhərdə bir sıra problemlərə səbəb olub. Pis hava şəraiti ictimai nəqliyyatda gecikmələrə yol açdığı üçün vətəndaşların əksəriyyəti taksi xidmətlərinə üz tutub. Artan tələbat fonunda bəzi taksi şirkətləri və sürücülər qiymətləri süni şəkildə dəfələrlə artırıblar.

Şikayətçilərin sözlərinə görə, bəzi marşrutlarda adi vaxtlarda 3-4 manat olan gediş haqqı 15-20 manata qədər yüksəlib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəzi hallarda qiymətlərin 5-6 dəfə artdığı əksini tapıb.

Sakinlər bu vəziyyəti sui-istifadə və məsuliyyətsizlik kimi qiymətləndirirlər. Paytaxt sakinləri hər dəfə hava pisləşəndə bu problemi yenidən yaşamaq riski ilə üz-üzədirlər.

Modern.az-a açıqlamasında iqtisad elmləri doktoru, Milli Məclisin sabiq deputatı Rüfət Quliyev bildirib ki, qiymətlər tələb-təklif qanuna görə müəyyənləşir:

“Qanun tərəfindən taksilərin süni şəkildə qiyməti qaldırması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hazırda bazar iqtisadiyyatıdır, yəni qiymət tələb-təklifə görə müəyyənləşir. Burada taksi sürücüsünü də başa düşmək lazımdır. O da fırtınada, yağışda, küləkdə böyük risk edib şəhərdə maşın sürməyə çıxır. Amma bu məsələ “bayramqabağı bazarda niyə qiymət artır, niyə belə olur?” sualı ilə eynidir. Yəni bazar iqtisadiyyatdıdır. Bazar iqtisadiyyatının ən aparıcı qanunu tələb-təklif qanunudur”.

R.Quliyev vurğulayıb ki, dövlət bunun qarşısını ala bilməz: “Dövlət buna qarşı nə etsin? Məhdudiyyət qoyacaqsan, düz alınmayacaq. Bir vaxtda deyirdilər ki, restoranlarda qiymətlərin artmaması üçün müəyyən məhdudiyyətlər tətbiq edilsin. Düzgün deyil bu, qeyri-mümkündür, bazar iqtisadiyyatında nə qədər çox restoran olsa, bir o qədər rəqabət olacaq və qiymətlər düz olacaq. Rəqabət olmalıdır. Taksi də belə. Bunun qarşısını sovet vaxtı almışdılar, sonu nə oldu gördük. İctimai nəqliyyat dövlətin nəzarətində olduğu üçün burada qiyməti süni şəkildə artıra bilməzlər. Lakin taksi şəxsi biznesdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib ki, qanun taksilərə hava şəratinə uyğun istədikləri qiyməti qoymağa imkan verir:

“Yəni qanunvericilikdə bu məsələ fiksə olunmayıb. Taksi şirkətləri müstəqil qurumlardır və vergi verirlər. Taksinin qiymətinin artması ilə bağlı bu günlərdə “Azad İstehlakçılar Birliyi”nə çoxsaylı istehlakçı zəngləri daxil olub. Lakin hökumət elə bir effektiv iş aparmalıdır ki, qiymətin qalxması bazar qanunlarına uyğun olaraq sabit olsun və qalxmasın. Yəni ictimai nəqliyyat elə işləməlidir ki, taksilər qiyməti qaldırmasınlar. Fiksə olunmuş qiymət yoxdur”.

E.Hüseynov Azərbaycanda taksilərdə taksometrlərin olmamasının ən çatışmayan cəhət olduğunu deyib:

“Ən ciddi məsələ budur. Hökumət bu məsələlərin qaydaya düşməsini istəyirsə, buyursunlar taksometr qoysunlar. Digər hava şəraitində də taksilər istədikləri kimi hərəkət edirlər. Onlayn sifarişlə gələn taksilərin müştəriləri lazımi olmayan ünvana aparırlar. Biz bura qədər gətirmişik. Bu sahədə ciddi narazılıq var. Düşünürəm ki, bu sahə düzəlməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri