Icma.az
close
up
RU
Yağlı dəriyə qulluq necə olmalıdır? QAYDALAR

Yağlı dəriyə qulluq necə olmalıdır? QAYDALAR

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yağlı dəri sarı-boz və ya torpaq rəngində olur. Parlaq və yağlı görünüşə malik olan dərinin üzərində genişlənmiş məsamələr, iltihablaşmış sahələr (civzələr, sızanaqlar) də görünür.

Bu dəriyə diqqətli qulluq tələb olunur. Yağlı dəriyə qulluq edilməsi, istənilən digər dəri tipinə olan qulluq kimi, təmizlənmə, qidalandırılma, nəmləndirmə və qoruma kimi proseduralardan ibarətdir.

Saglamolun.az bildirir ki, yağlı dəriyə qulluq göstərilməsinin əsas şərti onun təmizlənməsidir. Quru dəridən fərqli olaraq yağlı dərinin piy vəziləri çoxlu miqdarda piy ifraz edir ki, bu piy də bakteriyalara yaxşı qidalı mühit yaradır. Nəticədə yağlı dəri tez-tez iltihablaşır, onun üzərində sızanaqlar əmələ gəlir. Yağlı dərisi olan insanlara tez-tez çox isti su ilə üzünü yumaq və sabundan istifadə etmək olmaz. Ona görə ki, bu zaman piy vəzilərinin fəaliyyəti daha da artır. Üzü ilıq su ilə yumaq, bu zaman yağlı və problemli dərilər üçün nəzərdə tutulmuş (bu barədə satılan məhsulun qutusunun üzərində oxuya bilərsiniz) xüsusi yuyucu vasitələrdən (gel, emulsiya, krem, musslar) istifadə etmək məsləhət görülür. Onların tərkibinə meyvə turşuları, mikrobları öldürən əlavələr, piy ifrazını normallaşdıran maddələr daxil edilir. Dəridə sızanaqların, civzələrin əmələ gəlməsinə meyllilik olarsa, üzün yuyulmasında məsamələri yaxşı təmizləyən xüsusi fırçadan istifadə etmək məsləhət görülür.

Həftədə 1-2 dəfə olmaqla üzün yuyulmasından sonra yumşaq skrablardan istifadə etmək lazımdır. Daha tez-te skrab və pilinqlərdən istifadə etmək olmaz ki, bu halda piy vəzilərin fəaliyyəti daha da artacaq.

Səhər təmizlədikdən sonra yağlı dəriyə, tərkibində minimal miqdarda yağ komponentləri olan gündüz qidalandırıcı krem, axşam isə nazik qatla gecə kremi çəkmək məsləhət görülür. Cavan yaşlarda olanlara axşam vaxtı dəriyə gecə kreminin sürtülməsi vacib hesab edilmir.

Yağlı dərinin hər gün, mütləq əlavə olaraq nəmləndirilməsi, adətən, tələb olunmur. Ancaq bəzi hallarda xarici mühitin zərərli faktorlarının (külək, günəş şüaları və s.) təsiri altında yağlı dəri də, xüsusən onun boyun, dodaqlar və gözətrafı kimi sahələrində də quruma prosesi başlaya bilər. Bu halda onun üzərinə nazik qatla nəmləndirici krem çəkilə bilər.

Yağlı dərinin müntəzəm şəkildə kosmetoloq tərəfindən təmizlənməsinə daha çox ehtiyac var.

Dərisi yağlı olanların qida rasionu meyvə və tərəvəzlərlə, zülallarla zəngin olmalıdır. Onlar daha çox su içməli, yağlı, şirin, duzlu və hisə verilmiş məhsulların qəbulun  məhdudlaşdırmalıdırlar.

Yağlı dərinin bir üstünlüyü də var – piyin çox olması onu qurumaqdan qoruyur. Yağlı dəridə qırışların əmələ gəlməsi və digər qocalma əlamətləri də digər dəri tiplərinə nisbətən daha gec baş verir. Yaşa dolduqca yağlı dəri də get-gedə qurumağa başlayır.

Həftədə 2-3 dəfə olmaqla müntəzəm olaraq yağlı dəri üçün nəzərdə tutulan maskalar etmək lazımdır. Kosmetik gil, qatıq, xiyar maskaları yaxşı effekt verir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri