Icma.az
close
up
RU
Yalan şəxsiyyətin formalaşmasına təsir edir AYDINLIQ GƏTİRİLDİ

Yalan şəxsiyyətin formalaşmasına təsir edir AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Uşaqlarda yalan danışmaq ümumiyyətlə bir davranış pozuntusudur. Bu, həm səbəb, həm də nəticə ola bilər. Davranış pozuntusunun əsas səbəbləri arasında uşaqlarda özünü təsdiq etmə ehtiyacı, öz güvən problemi, qorxu, ailədə və cəmiyyətdə öz yerini tapa bilməmək, özündən və ətrafdan narazılıq kimi faktorlar var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu zaman uşaq yalan danışmaqla bir növ özünü müdafiə edir: "Yalanların da müxtəlif növləri olur. Belə deyək, “axı yalanlar” və “təhlükəli siqnal” yalanlar var. Bəzi yalanlar uşağın psixologiyasına ciddi təsir edə, şəxsiyyətinin formalaşmasında pozuntulara səbəb ola bilər və vərdiş halına gələndə artıq xarakterə çevrilir. Nəticə etibarilə həyat tərzinə çevrilə bilər. Məsələn, uşaq etdiyi bir şeyi inkar edir, olmayan hadisələr danışır, təhlükəli və ya şübhə doğura biləcək fikirlər yayır, inadla yalanının üstündə durur. Əgər bu davranış vaxtında düzəldilməzsə, uşaq elə bu şəkildə böyüyür. Heç kim deməsin ki, uşaq əvvəllər yalan danışmırdı, sonra başladı. Əslində, o yalanlar kiçik yaşlarda başlayıb, sadəcə diqqətdən yayınmış olub. Yalan danışmaq 3-4 yaşından başlayır.

Axı yalanlar dediyimiz yalanları nağıl terapiyası ilə və digər psixoloji üsullarla aradan qaldırmaq mümkündür. Məsələn, “mən eləmədim” kimi ifadələr bu yaşlarda başlayır. Yalan uydurmalarla bağlı uşağın reallıqla üzləşdirilməsi vacibdir. Nağıllar, nümunələr vasitəsilə uşağa düzgün davranış modeli təqdim edilməlidir. Əgər uşaq yalana əl atırsa, deməli, sizin gözünüzdə daha yaxşı görünmək istəyir. O halda ona daha çox diqqət göstərilməli və onun tərifə, müsbət münasibətə ehtiyacı qarşılanmalıdır ki, yalana ehtiyac qalmasın.

Tərifin də, cəzanın da yeri və vaxtı olmalıdır. Əgər uşaq düzgün davranış göstərirsə, bu zaman onu tərifləmək lazımdır ki, yalana ehtiyac duymasın. Əgər artıq yalan həyat tərzinə çevrilibsə və idarəolunmaz hala gəlibsə, bu zaman mütləq mütəxəssisə müraciət edilməli, uşaq diaqnostika olunmalı və uyğun psixoloji yardım göstərilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see582

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see302

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see254

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see193

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri