Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Yalançı qardaşlığın qurbanı

Yalançı qardaşlığın qurbanı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Söhbət Nəriman Nərimanovun siyasi faciəsindən gedir

Ətrafda qəribə bir sükut, havada köhnə kitabların qoxusu var. Sanki xəyal dünyasındasan, həm də gerçəkliyin tən ortasında qalmısan. Əslində, muzeylərin hər biri belə hiss etdirir. Onları bir-birindən xatirələr fərqləndirir. Uzun illər sonra da xatirələrin xatırlanırsa, demək, mübarizən əbəs yerə olmayıb. Böyük əməl və fikir sahiblərinin dünyasına yol açan rubrikamızın budəfəki ünvanı Nəriman Nərimanovun Xatirə Muzeyidir.

Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri Nəriman Nərimanov vaxtilə ailəsi ilə birlikdə bir müddət bu evdə yaşamışdı. Otaqları gəzərkən oğlu Nəcəfə yazdığı “Bitməmiş məktub” diqqətimi çəkdi. O bu məktubu yazdıqdan cəmi iki ay sonra həyatla əbədi vidalaşıb. Görəsən, ölümün yaxınlaşdığını hiss etdiyi üçünmü qəlbindən keçənləri kağıza köçürmək ehtiyacı duymuşdu?

“Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım”.

Sətirlər burada bitmir. Görkəmli dövlət xadimi, yazıçı, həm də həkim olan Nərimanov hələ 6 yaşındakı oğluna ən böyük təhlükənin haradan gələ biləcəyini də anlatmaq istəyirdi: “Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir”.

Məktubu sona qədər oxudum. Fikirlər tamamlanmışdı. Bəs bu yazının adı niyə “Bitməmiş məktub”dur - deyə muzeyin bələdçisi Vəsilə xanımdan soruşdum. O bildirdi ki, çünki məktubu oxumaq Nəcəfə qismət olmur. İkinci Dünya müharibəsi zamanı 24 yaşında həlak olur.

Aradan illər keçir... Nəriman Nərimanovun tədqiqatçısı, alim Vəli Məmmədov Nəcəfin məzarını ziyarət edir. Qaranlıq düşdüyü üçün o, qəbir üstündə, sönük fənər işığında atasının yazdığı məşhur “Bitməmiş məktub”u oxuyur.

Məktubu ehtiyatla yerinə qoydum. Muzeyin əməkdaşları Vəsilə və Firuzə xanımla söhbətimizə davam etdik.

Yemək otağında növbəti vitrinin qarşısında ayaq saxladıq. 1906-cı ildə Həsən bəy Zərdabi ilə birlikdə Azərbaycan müəllimlərinin I qurultayını təşkil edənlərdən biri də Nəriman Nərimanov idi. Həmin gün gənc Nərimanın odlu-alovlu çıxışı hər kəsi düşündürsə də, hamının ürəyincə olmur. Zalda əyləşən Hacı Zeynalabdin Tağıyev istehzalı şəkildə üzünü iştirakçılara tutaraq deyir: “Cibində bir qara qəpiyi olmayan bu gəncəmi qulaq asırsınız?” Nərimanov isə çox kəsərli cavab verir: “Hacının qızılları məni susdura bilməz”.

Amma həyat bəzən bir-birinə qarşı sərt mövqedə dayanan insanları illər sonra tamamilə başqa şəraitdə yenidən qarşılaşdırır. Sovet hakimiyyəti qurulduqdan sonra imkanlı adamların mal-mülkləri müsadirə olunur. Çətin vəziyyətdə qalan Hacı Zeynalabdin Tağıyev çıxış yolu axtarır və məsləhət üçün vaxtilə onunla kəskin fikir ayrılığı yaşamış Nərimanova müraciət edir. O isə Hacıya Mərdəkandakı bağ evində yaşamağı, diqqətdən uzaq qalmağı tövsiyə edir. Maraqlıdır ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Nəriman Nərimanov Hacı Zeynalabdin Tağıyevin xalq qarşısındakı xidmətlərini heç vaxt inkar etməmişdi. Əksinə, onun həyat və fəaliyyətini ilk qələmə alan da məhz Nərimanov olmuşdu. Böyük adamları fərqləndirən də elə budur. Onlar şəxsi incikliyi vicdandan üstün tutmurlar.

Yazı masasının qarşısında bir qədər ləngidim. Masanın üzərindəki kitablar arasında biri xüsusilə diqqətimi çəkdi – “Bahadır və Sona”. Azərbaycan ədəbiyyatında ana dilində yazılmış ilk mənzum roman kimi dəyərləndirilən bu əsər Nərimanovun maarifçi düşüncəsinin başqa bir tərəfini göstərir. O, ana dilini millətin yaddaşı, kimliyi və gələcəyi hesab edirdi. Elə buna görə də bədii əsərlərlə kifayətlənməmiş, ruslar üçün türk, türklər üçün isə rus dilini öyrənmək məqsədilə dərsliklər hazırlamışdı. Bu vəsaitlər uzun illər məktəblərdə istifadə olunmuşdu.

Növbəti vitrində, şüşənin arxasında Nərimanovun 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirməsinə dair diplomunun surəti qoyulub. Nərimanov ali təhsil yoluna 32 yaşında kamal attestatı imtahanı verərək çox gec qədəm qoymuşdu. Çünki gənc yaşından öz evini, eləcə də qardaşı və bacısının ailəsini dolandırır, eyni zamanda dərslərini oxuyurdu.

Bir neçə dəqiqə əvvəl oxuduğum “Bitməmiş məktub”u xatırladım. O, oğlu Nəcəfə həkimlik peşəsini seçməsinin səbəbini izah edərək yazırdı ki, qarşısında müxtəlif yollar olsa da, insanlardan və idarələrdən daha az asılı olmaq, öz əməyilə yaşamaq üçün tibb fakültəsini seçmişdi. Tələbə yoldaşları da ona məzuniyyət hədiyyəsi olaraq tibbi ləvazimatlar hədiyyə etmişdilər. Onlar indi bu muzeydə, şüşədən olan bir dolabda qorunur.

Divardan asılmış ağ-qara fotoşəkillər onun ömrünün yeni səhifəsini göz önündə canlandırır. Universiteti bitirən kimi Bakıya qayıdır, Qara şəhər xəstəxanasında həkimliyə başlayır. Bir qədər sonra isə Tiflisə köçüb xəstəxana açır. Eyni zamanda inqilabi fəaliyyətlə də məşğul olur. Lakin həmin günlər uzun çəkmir. 1909-cu il martın 1-də qəfildən həbs olunaraq Metex qalasının dustaqxanasına göndərilir. Zabitlər onun mənzilində axtarış apararkən Cənubdakı Səttarxan hərəkatına yardım etdiyini təsdiqləyən əlyazmalar və sənədlər tapırlar. 7 ay sonra, 1909-cu il sentyabrın 30-da ona Tiflisdən çıxmaq üçün cəmi 24 saat vaxt verilir və 2 il müddətinə Həştərxana sürgün olunur. Lakin Nərimanov fəaliyyətini dayandırmır. Sürgündə olduğu illərdə Həştərxan şəhər dumasına üzv seçilməsi böyük əks-səda doğurur və xəbər hətta Fransaya çatır.

Əzablı günlər başa çatdıqdan sonra Nəriman Nərimanov yenidən həkimlik fəaliyyətinə başlayır. Qapısına gələn fəqir-füqəranın yalnız dərdinə məlhəm olmur, onlara yazdığı reseptlərin altına pul büküb sakitcə uzadır ki, ümidsiz qayıtmasınlar.

Qonaq otağına keçirik. Burada qorunan materiallarda 1920–1922-ci illərin gərgin günləri, Nəriman Nərimanovun dövlət xadimi və diplomat kimi fəaliyyəti öz əksini tapır.

1921-ci il... Anadolu müharibənin ağır yükünü daşıyır, yeni qurulan Türkiyə böyük sınaqlardan keçir. Məhz həmin günlərdə Mustafa Kamal Paşa ordunun ehtiyacları üçün Azərbaycandan yardım istəyir. Nərimanovun cavabı isə iki xalq arasındakı münasibətin ifadəsinə çevrilir:

“Paşam, qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar...”.

Qonaq otağında dayanarkən bu məkanın yalnız rəsmi görüşlərə deyil, taleyüklü qərarlara da şahid olduğunu düşünürsən. Buradakı materiallar arasında Nərimanovun Leninə ünvanladığı məktub da diqqət çəkir. O, Azərbaycanın görkəmli hərbçiləri Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ilə bağlı məsələyə toxunur, onların həyatının xilas edilməsi üçün müraciət edir.

Amma bu otağın divarları yalnız siyasi söhbətlərə şahidlik etməyib. Nəriman Nərimanov dövrün tanınmış simalarını — Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Abdulla Şaiq, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov kimi ziyalıları bu otaqda qəbul edər, onlarla görüşlər keçirərdi. Xüsusilə cümə axşamları bu otaq başqa bir ab-havaya bürünərdi. Musiqiyə böyük marağı olan Nərimanov tar çalmağı sevirdi. Bu sənətə olan sevgisi hələ Qori Müəllimlər Seminariyasında oxuduğu illərdən formalaşmışdı.

Bir zamanlar burada səslənən siyasi söhbətləri, milli musiqini və ziyalıların görüşlərini təsəvvür etdikcə anlayırsan ki, muzeydə qorunan təkcə əşyalar deyil, böyük bir tarixdir.

Beləcə, görkəmli dövlət xadimi, humanist ədib Nəriman Nərimanovun Xatirə Muzeyi xalqının azadlığına və xoşbəxtliyinə yollar axtaran işıqlı bir ziyalının ziddiyyətli həyat yolunun ziddiyyətli mənzərəsini olduğu kimi çağdaş nəsillərə çatdırır.

Fidan ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri