Icma.az
close
up
RU
Yalançı rəyçilər və onların ucuz təbliğatı...

Yalançı rəyçilər və onların ucuz təbliğatı...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan 1 milyard dollar ödədi” deyib, yalandan hay-həşir salanların niyyəti bəllidir. 

Sığındıqları mərkəzlərdən aldıqları növbəti təlimat əsasında danışırlar. Ona görə də ictimai rəyi əsas hədəfdən və uğurdan yayındırmağa cəhd edirlər. Azərbaycanın Donald Trampın təşəbbüsü ilə yaradılmış “Sülh Şurası”nın təsisçi üzvlüyünün ölkənin növbətu uğuru olmasını başqa formada çatdırmağa çalışırlar. 

Həqiqətdə isə Azərbaycanın bu şuraya təsisçi üzv olması müasir dünyada sülh prosesində, qlobal siyasi arenada əhəmiyyətli rol oynayan dövlətlərdən biri kimi qəbul olunmasının əsas göstəricilərindəndir. Prezident İlham Əliyev tərəfindən Davosda “Sülh Şura”sının Nizamnaməsi imzalandı və bununla da Azərbaycanın üzvlüyü öz hüquqi həllini tapdı. 

Bu prosesdə iştirak bizim üçün qlobal siyasi arenada əsas aktorlardan birinə çevrilməyimiz baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan postmünaqişə ölkəsi statusundan çıxır, öz sülh təcrübəsini dünya ilə bölüşən, sülh ixrac edən ölkə statusu qazanır. Xarici siyasət və regional geosiyasətdə öz sözünü demiş ölkələrdən birinə çevrilir. 

Sülh prosesində baxışlarımız və təcrübəmizin əhəmiyyətini çatdırmaqla yanaşı, bu təcrübənin yayılması baxımından da bizim üçün real üstünlükdür. Bu tərəfdaşlıq Azərbaycan-ABŞ münasibətlərində də mühüm əhəmiyyət kəsb edəcək. Bununla rəsmi Bakı ilə Vaşinqton arasında institusional əlaqələr daha da dərinləşəcək. 

Eyni zamanda, mövcud beynəlxalq təşkilatlardan kənar bir modeldə təmsil olunmaq tərəfdaşlarımızın çoxalması imkanı yaradacaq. Bu, həm siyasi əlaqələrimizin güclənməsi, həm də illərlə dünyada formalaşmış anti-Azərbaycan lobbiçiliyinin qarşısında əlavə güc qazanmaqdır. 

Lakin yenə buna etiraz edən, özündən nəsə uyduran “ictimai rəyçilər” öz amplualarındadırlar. “Sülh Şurası”na üzvlüyə görə Azərbaycanın 1 milyard dollar ödədiyini deyən bu manipulyatorlar ictimai rəyi aldatmağa çalışırlar. 

Qənimət Zahid, Tural Sadıqlı, Natiq Adilov kimi manipulyatorlar yalan danışmağa o qədər aludə olublar ki, Avropada yaşamalarına rəğmən, heç olmasa öyrəndikləri dillərdə o qurumun nizamnaməsinə baxmayıblar. Orada hər şey açıq yazılıb. 

Təşkilatın Nizamnaməsinə görə, ölkə 3 ildən artıq təsisçi üzv kimi onun sıralarında qalarsa, bir çox faktorlar nəzərə alınaraq, üzvlük haqqı ödənməlidir. O zaman isə əhali sayı, ərazi və təbii ki, bir çox digər məsələlər də nəzərə alınacaq. İndiki halda təşkilata qoşulanlar üzvlük haqqı ödəmir və ödəməyib. 

Bəs bu yalançılığın kökündə dayanan vətənpərvərlikdirmi? 

Azərbaycan əhalisinə sevgidirmi? Bu, xalqı aldatmağa çalışmaqdır. Ona yalan söyləməkdir.  Yalançılıq və vətənpərvərlik tərs mütənasibdir. Vətənpərvərlik olsaydı, yalançılıq olmazıd. Vətənpərvərlik olsaydı, bu şuraya üzvlüyün Azərbaycana qazandıracaqlarını da deyərdilər. 

Təbii ki, bu fəaliyyət vətənpərvərlik yox, yalançı ictimai rəyçiliklə məşğul olmanın davamıdır. “Böyükləri”ndən sifariş alanlar bu təxribatçı təbliğatı aparmasalar, onlara hansı fond nəsə verər? 

Təbii ki, heç kim və heç nə. Bu isə onların fəaliyyət, maliyyə resurslarının itirilməsi, intiharları deməkdir. Əli Kərimlinin yalan və böhtan məktəbindən məzun olanlar bu dəfə də öz əhdlərinə sadiq qaldılar. 

Onların sadiqliyi Azərbaycan əleyhinə danışmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdi və daxildə ictimai rəyi çaşdırmaqdır. Neftin qiyməti düşəndə sevinclərindən az qala qurban kəsmək istəyirdilər ki, Azərbaycan xalqı əziyyət çəkəcək. Qarabağ azad olunana, rus sülhməramlıları çıxana qədər nə qədər bacardılarsa, o qədər böhtan atdılar, yalançı təbliğat apardılar.

Amma yalanları açıldı... 

Süleyman Yusif
“Cebheinfo.az”

Açar sözlər: sülh şurası Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri