Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Yalançı “uğurlar” Putinin real kədərini gizlədə bilmədi

Yalançı “uğurlar” Putinin real kədərini gizlədə bilmədi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Putinin müsahibəsinə baxanda Rusiya prezidentinin üzündə, gözlərinin dərinliyində kədəri, alnında dərinləşən qırışları, əzabı və bədbinliyi görməmək mümkün deyildi. On iki ildir Ukrayna ilə müharibə aparan Kreml lideri bəlkə də ilk dəfə idi ki, stresli, yorğun, hətta deyərdim ki, bədbəxt görünürdü. Amma, dayanmadan “uğurlardan” danışırdı və təbii ki, eqosuna uyğun olaraq təhdidləri də unutmurdu. Təhdid hədəfi həm Ukrayna, həm də Qərb idi. 

Putinin açıq şəkildə Rusiya ordusunun həqiqətə söykənməyən “ qələbələrindən”, Ukraynanın “məğlubiyyətindən”danışmasının səbəbi müharibəni bitirməyin diplomatik həllindən imtina etdiyini bir daha göstərməkdi. Baxmayaraq ki, 2025-ci il də Rusiya Ordusu üçün uğurlu olmamışdı, yenə də 2026-cı il qədər ağır keçməmişdi. 2026-cı ilin yazından etibarən Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə, xüsusilə Moskvanın özünə vurduğu zərbələr, Krımın isə iflic vəziyyətinə salınması Rusiya elitasında, bütövlükdə cəmiyyətdə çaşqınlıq və ruh düşkünlüyü yaradıb. Kreml lideri isə növbəti dəfə Ukrayna üzərində qələbəni təmin etmək üçün Rusiyanın hərbi, iqtisadi gücünün və “siyasi iradəsinin” yetərli qədər olduğunu vurğuladı. Əlbəttə, bu, payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hakim “Vahid Rusiya” partiyasının yığıncağındakı iştirakçılar üşün nəzərdə tutulan və ümumiyyətlə daxili auditoriyaya hesablanmış bir nitq idi.

Bəs, daxili auditoriya- yəni Rusiya cəmiyyəti, əhalisi bu “qələbələrə” inanır, yoxsa “benzinkolonka” adlanan ölkələrində saatlarla yanacaq növbələrində durmaqlarına? Və ya “Krım naş” deyib atəşfəşanlıq etdikləri Krımdan kütləvi köç etdiklərinə? Putinin təcavüzkar siyasətinin arxasında dayanan güc müəyyən dərəcədə öz xarakteridirsə, bir o qədər də məhz Rusiya cəmiyyətinə əsrlərdir hakim kəsilən imperiya ambissiyasıdır. Putin də ağlı kəsəndən bu təbliğatın daşıyıcılarından biridir. Əgər müharibənin başlamasının əsas amillərindən biri Rusiya cəmiyyətinin mühafizəkarlığı və imperiya ambisiyalarının hələ də təfəkkürlərindən silinməməsidirsə, müharibənin beşinci ilində bu ambisiyaların hələ də hakim olduğu artıq şübhələr yaradır. İstər sıravi vətəndaşlar, istərsə də hərbiçilər arasında etirazlar getdikcə artır və müharibə şiddətləndikcə etirazların kütləvi xarakter alması da istisna olunmur.

Putinin müharibəni davam etdirməsinə tam şərait yaradan amillərdən biri də psevdo demokrat, populist ABŞ prezidenti Donald Trampın ikinci dəfə prezident funksiyasını yerinə yetirməsinə başladığı gündən Putinə olan heyranlığıdır. Tramp siyasəti nəticəsində ABŞ və Avropa arasında, NATO arasında yaranan parçalanmadan Putin maksimum faydalanamaq istəyir. Burada Putinin əsas məqsədi ABŞ və digər əsas oyunçularla təsir dairələrini müəyyən edəcək razılıq əldə etmək və Rusiyanın beynəlxalq səhnədə şərtlərini diktə edə bilən supergüc statusunu bərpa edəcək bir müqavilə imzalamaqdır. Bu statusu ona heç kimin sinidə hədiyyə etməyəcəyini bildiyindən güc olaraq müharibə variantını seçdi və ilk hədəf olaraq da Ukraynadan başladı. Hədəfi isə bunula bitmir. Geosiyasi təsir imkanlarını ən azı postsovet məkanından saxlamaq üçün Ukryna ilə paralel olaraq Cənubi Qafqazı, Mərkəzi Asiya və Moldovanı da hədəfində saxlayır. Ukrayna müharibəsinin necə nəticələnməsi bu siyasətin pozulması və reallaşmasını həll edəcək.  

Bir həftəyə planladığı qələbəyə  beşinci ildir çata bilməyən Kreml sahibi nəinki siyasi və geosiyasi məqsədlərinə nail ola bilməyib, ciddi iqtisadi itkilərə məruz qalaraq ölkəni böhran həddinə çatdırıb.  Eyni zamanda bu gedişlə Rusiyanın Çindən asılılığı getdikcə o həddə çatacaq ki, Putinin fikirləşdiyi dünya gücü olmaq bir tərəfə, Çinin əlaltısı səviyyəsinə düşəcəyi daha real görünür.

Bundan sonra nə edəcək Putin? Tutaq ki, Donbası ilin sonunadək işğal edə bildi ( reallıq az olsa da). Həmin gün televiziya ilə Rusiya xalqına “qələbə” xəbərini verəcək, Rusiyanın məğlubedilməz olduğunu tarixi parallelərlə vurğulayacaq. Sonra nə olacaq? Ukrayna dövləti Putinin “qələbəsini” o saat qəbul edib, atəşkəsə razı olacaqmı? Zelenski dəfələrlə bildirib ki, Rusiya ərazisinə, dərinliklərinə raket və dron zərbələrini davam etdirib, torpaqların azad edilməsi uğrunda mübarizələrini davam etdirəcək. Putin Ukrayna xalqını Rusiyaya düşmən etdi. Ukrayna xalqı bir də Rusiya ilə barışmayacaq, əvvəlki münasibətlər bir də yaşanmaycaq. Nəsillər dəyişəcək, amma Putinin yaratdığı düşmənçilik Putindən sonra da əsrlərlə davam edəcək. Hələ ki, Rusiya prezidentinin bu müharibədə əldə etdiyi “qələbə” iki xalq arasında yaratdığı düşmənçilikdi.

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyun 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri