Icma.az
close
up
RU
Yalanlarınızı aslan kimi parçalayıb, leşini önünüzə ataram

Yalanlarınızı aslan kimi parçalayıb, leşini önünüzə ataram

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Onun metodu sadədir: fərqli fikirləri susdurmaq, insanları psixoloji basqılarla idarə etmək, tənqid və müzakirəni qəbul etməmək. O, sənət mühitində avtoritar lider obrazı yaradır, istədiyi şəxsləri dəstəkləyir, istəmədiklərini isə sistemdən uzaqlaşdırmağa çalışır. Onun qurduğu “respublikada” yalnız ona tabe olanlar, onun idarəçiliyini sualsız qəbul edənlər qala bilir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında açıqlamasında deyib. Aktrisa M.Ələkbərzadə ilə bağlı iddialar səsləndirib:

"Teatr isə belə idarə olunmamalıdır! Sənət azad olmalıdır! Teatr bir insanın şəxsi ambisiyalarına qurban verilməməlidir! Bizim mübarizəmiz də məhz bu teatrı sənətin, ədalətin və azad yaradıcılığın mərkəzinə çevirmək üçündür! Mehriban Ələkbərzadənin şəxsi ambisiyaları teatrın sənət məbədinə çevrilməsinə mane olmamalıdır. Mehriban Ələkbərzadə "AzDrama"nı bir şahmat taxtasına çevirib. Aktyorlar bu taxtada fiqurlar kimi düzülüb – hər birinin yeri, hərəkəti və taleyi onun əlindədir. Kim itaət edir, o, lövhədə qalır – bəziləri piyadaya çevrilib, irəli getmək üçün yalnız bir istiqamətləri var və ən kiçik səhvdə qurban verilirlər. Kim isə öz iradəsini göstərmək, sərbəst hərəkət etmək istəyir, şahmat taxtasından kənara atılır – sanki artıq bu oyunda yerinə ehtiyac yoxdur.

Vəzirlər və fillər onun iradəsinə uyğun istiqamət götürməli, atlar yalnız icazə verilən yollardan getməli, qalalar isə yalnız divar rolu oynayır. Səhnədə azad fikir, sərbəst yaradıcı ruh üçün yer yoxdur – yalnız soyuq strateji gedişlər, hesablanmış addımlar və susqun fiqurlar var. Oyun qaydaları Mehriban Ələkbərzadənin əlindədir – şah mat etmək üçün, teatrın ruhunu donuq bir tabloya çevirmək üçün. Lakin sənət şahmat deyil – burada oyunun qalibi və məğlubu olmur, burada sərhədsiz bir yaradıcılıq olmalıdır. Amma bu taxtada artıq şah çəkilib.

Mehriban Ələkbərzadənin qurduğu sistem artıq sarsılıb, son mərhələyə yaxınlaşıb və dəyişiklik qaçılmazdır. Onun idarə etdiyi “şahmat oyunu” artıq sona yaxınlaşır, çünki sənət və azadlıq bu qurulmuş qaydaları sarsıtmağa başlayıb. Teatrın nəfəs alması üçün bu qurulmuş oyun lövhəsi sındırılmalı, fiqurlar yenidən azad olmalı, səhnə isə bir rəhbərin deyil, sənətin iradəsinə tabe olmalıdır. Çünki teatr bir nəfərin strategiya oyunu deyil – o xalqın ruhudur. 

Sonda Mehriban Ələkbərzadəyə demək istəyirəm ki, önümə atdığınız yalanları bir aslan kimi parçalar, leşini isə önünüzə ataram. Çünki mənim təbiətim haqsızlığa boyun əymək deyil, onunla mübarizə aparmaqdır! Siz, bədii rəhbər olaraq, haqq səsimi boğmaq üçün nə qədər yalan uydursanız da, nə qədər səs-küy qoparsanız da, həqiqətin qarşısında mənim pıçıltım belə sizin gurultulu saxtakarlığınızı susdurmağa yetər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri