Yalın əllərlə tuturlar: Axının çəkilməsinə görə tonlarla balıq sahildə qaldı
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Maqadan dairəsində baş verən axının çəkilməsi nəticəsində sahilboyu ərazidə azı dörd ton siyənək balığı daşların arasında ilişərək dənizə qayıda bilməyib.
Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hadisə barədə yerli sakinlər danışıblar. Onların sözlərinə görə, balıqlar sahilə yaxın ərazidə qalıb, dənizə çıxış isə daşlarla bağlanıb. Yerli sakinlər və balıqçılar balıqlara yardım göstərmək məqsədilə daşları kənarlaşdırmağa çalışıblar, lakin bu, nəticə verməyib.
Hazırda balıqları sahildə insanlar yalın əlləri ilə toplayırlar, həmçinin qağayılar bu "ziyafətdən" geninə boluna istifadə edirlər.
Mütəxəssislər hesab edirlər ki, balıqların əksəriyyəti gün ərzində tələf olacaq.
Oxu.az


