Icma.az
close
up
RU
Yalnış bilirik: Borcluların ölkədən çıxışına qadağa yoxdur

Yalnış bilirik: Borcluların ölkədən çıxışına qadağa yoxdur

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mülki Prosessual Məcəllənin 231-ci maddəsində borclu anlayışı dəqiqləşdirilir. 

Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisdə Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib ki, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir: 

“2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır.

Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir”.

V.Bayramov əlavə edib ki, oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə də müşahidə olunur:

“Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz  və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir.

Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib.

Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmilərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil.

Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim”.

Maraqlıdır, hazırda ölkədən çıxış üçün borc məhdudiyyətinin həcmi nə qədərdir və yeni təklifin banklar, eləcə də vətəndaşlarla bağlı hansı rolu ola bilər?   

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, bu istiqamətdə belə təkliflər təəcüb doğurur və Azərbaycanda hansısa məbləğə görə ölkədən çıxışa qadağa yoxdur:

“Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə, sadəcə “borcu var, ödəmirəm, ödəyə bilmirəm”lə bağlı qadağa yoxdur. Azərbaycan qanunvericiliyində icra haqqında qanun var.

Burada deyilir: “Məhkəmə qərarını, o cümlədən borc üzrə üzrsüz səbəbdən ödəməyən, yəni məhkəmə qərarını icra etməyən şəxsə icra məmurunun müraciəti əsasında məhkəmə ölkədən çıxışına qadağa qoya bilər. Bu, çox vacib məsələdir. 

Məsələn, mənim banka borcum var. Bank məni məhkəməyə verməlidir, udmalıdır. Məhkəmə qanunu qüvvəyə minməlidir. Ondan sonra üzrsüz səbəbdən mən onu ödəmirəm və icra məmuru yenə məhkəməyə müraciət etməlidir. 

Məhkəmə ölkədən çıxışıma qadağa qoymalıdır. Üzrsüz səbəb odur ki, imkanı var, ancaq vermir, gizlədir. Sadəcə təcrübədə belə deyil. İcra məmuru heç özünə əziyyət vermir öyrənsin ki, sənin imkanın  var, yoxsa yoxdur. İcra məmuru sadəcə müəyyən edir ki, hansı vətəndaşın ölkədən çıxması onun üçün vacibdir. 3 milyon istehlak borcu olan vətəndaşların əksəriyyətinin ölkədən çıxışı əhəmiyyət kəsb etmir. Onsuzda onlar ölkədən çıxmır.

Çünki xaricə getmək üçün pulu yoxdur. Onların ölkədən çıxışına qadağa qoymurlar, çünki heç kəsə maraqlı deyil. Ancaq icra məmuru müəyyən edir ki, bunun ehtiyacı var, gəlib. Onu yanına çağıraraq rüşvət istəyir. Deyir  mənim haqqımı ver, məhkəməyə müraciət etməyim. Etməyənlə bağlı məhkəməyə müraciət edir. Azərbaycanda 10 minlərlə insanın bank borcu, aliment borcu var və ödəmir.  

Onların hamısına ölkədən çıxışa qadağa qoyulurmu? Təbii ki, yox! İcra məmuru onda maraqlı olanda edir. Bu baxımdan, az məbləğdə krediti ödəyə bilməyən vətəndaşların ölkədən çıxış məhdudiyyəti ilə bağlı qadağanın ləğv edilməsi təklifi aydın deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Kredit borclular çıxış qadağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri