Icma.az
close
up
RU
Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq

Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının kartından 80 507 manat pul çəkilib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb.

"Əgər pulun köçürülməsi yerli bank kartlarına olubsa, düşünürəm ki, artıq cinayətkar hansısa polis bölməsinə gətirilib. Xatırladıram ki, ötən il DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkənin bütün bankları arasında bir anlaşma imzalanıb". Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, bu anlaşmaya görə, Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur:

"Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə biləcək. Əgər bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yolu ilə vəsaiti geri çağırmaq mümkün ola bilər.

Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İNTERPOL, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir.

Əgər cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdırmalar daha da çətinləşir.

Bildiyim qədər, son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər.

Açıqlanan məlumatlardan görünür ki, kiber polis ötən müddət ərzində həm profilaktika, həm də kiber cinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə bilib. Ümid edirəm, bu cinayətin də üstünü tez aça biləcəklər".

Osman Gündüz xatırladıb ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur:

"İndiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb axı. Vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün.

Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır.

Hansıa bank müştərisinə zəng edib hansısa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır. Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir.

Ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Assosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi. Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar.

İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır.

QR-kodların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri