Yanacağın qiymətinin artması hansı sahələrə təsir göstərəcək? İqtisadçıdan AÇIQLAMA
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, ötən ilin sonunda Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətləri artırılıb.
Bəs qiymət artımı hansı sahələrə öz təsirini göstərə bilər?
İqtisadçı Xalid Kərimli bildirdi ki, bunun taksi xidmətinin qiymətinə böyük təsiri yoxdur.
"Dizel yanacağının əsas təsiri yükdaşımalara, kənd təsərrüfatına və tikinti materiallarının qiymətinə ola bilər. Bundan bütün sənaye istehsalı hamısı təsirlənə bilər. Benzinin 5 qəpik bahalaşmasının taksi qiymətlərinə təsir edəcəyini güman etmirəm. Onsuz da taksi qiymətləri son iki ildə bahalaşıb və pik saatlarda isə daha baha olur. Həm də nəzərə alsaq ki, taksi xidmətində son zamanlar hibrid mühərrikli avtomobillərin də payı çoxalıb, ona görə benzin qiymətinin cüzi bahalaşması onların xərclərini əhəmiyyətli dərəcədə artırmır. Ona görə də taksi qiymətlərinə daha çox digər məsələlər təsir göstərir", - deyə iqtisadçı fikrini yekunlaşdırdı./redaktor.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















