Icma.az
close
up
RU
Yanğın baş verən zavodda nə istehsal olunur?

Yanğın baş verən zavodda nə istehsal olunur?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər və polis cəlb edilib.

Modern.az-ın məlumatına görə, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilib.

Zavod əvvəllər Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü ilin aprelin 22-dən etibarən ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976-cı il, 1980-ci il, 1986-cı il və 1993-cü illərdə istismara verilib. Neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması məqsədilə əlavə bloklara malik ED-AVQ-6 kombinə edilmiş atmosfer-vakuum qurğusunda neftin ilkin emalı reallaşdırılır. Burada istehsal olunan məhsullar “Azərikimya” İB-nin Etilen–Polietilen Zavodu və digər qurğulara xammal kimi göndərilir. TC-1 markalı reaktiv mühərrik yanacağı da məhz bu qurğuda istehsal olunaraq hazır məhsul kimi istehlakçılara göndərilir.

İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda “Azərikimya” İB üçün məhsullar (texniki propan, texniki butan və quru qaz) və dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma istehsal olunur.

İllik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusu A-92 markalı avtomobil benzininin istehsalında əsas komponentlərdən olan sabit platformat istehsal edir.

Tədrici kokslaşma qurğusunda isə eksport üçün koks, “Azərikimya” İB üçün quru qaz, kokslaşma benzini, kokslaşmanın yüngül və ağır qazoylu istehsal olunur.

NEZ-də, həmçinin hidrotəmizlənmiş dizel və benzin yanacağı istehsal edən qurğu, 400 min ton istehsal gücü olan yeni bitum qurğusu, hərəsi 2 milyon ton istehsal gücünə malik 2 ilkin emal qurğusu, illik məhsuldarlığı 790.000 ton olan və “AVRO-4” markalı dizel yanacağı, habelə müxtəlif markalı yağlar istehsal edən qurğudan ibarətdir.

2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 və 2020-ci illərdə müvafiq olaraq, 6 və 5.9 milyon ton neft emal olunub. Lakin zavodun qurğularının köhnəlməsi və tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. Bundan əlavə, ətraf mühit və insan sağlamlığının qorunması ilə əlaqədar yeni qurğuların quraşdırılması da aktuallaşıb.

NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin “AVRO-5” standartına çatdırılması, eləcə də “Azərikimya” İB-in xammala olan tələbatının ödənilməsi məqsədi ilə zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi uğurla davam etdirilir. Layinənin başa çatması ilə Heydər Əliyev adına NEZ-in illik ilkin emal gücü 6 milyon tondan 7,5 milyona tona, Katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılmalıdır.

Layihə mərhələli şəkildə icra edilir. 2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni Bitum qurğusu istismara verillib və ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra, “Azərkimya İB”-nin Buxar krekinq qurğusunu ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeni qurğularla əvəzlənməsi həyata keçirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə parlamentdə neft emalı zavodundan danışıb. Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodunun gələcəyi ilə bağlı iki ssenari nəzərdən keçirilir: "Birinci ssenari zavodun modernləşdirilməsinin davam etdirilməsidir, ikinci isə zavodun köçürülməsini nəzərdə tutur”.

E. Hacızadə qeyd edib ki, zavod artıq “Avro-5” standartına uyğun dizel yanacağı və benzin istehsal edir, 2025-ci ildən isə zavodun modernləşdirilməsinin ikinci mərhələsinə başlanılması planlaşdırılır:

“Hazırda müzakirələr aparılır - zavodun köçürülməsi, yoxsa modernləşdirmənin davam etdirilməsi? Hər iki ssenaridə, əgər yeni zavod tikiləcəksə, bu proses 2030-2031-ci illərdə baş tutacaq. Modernləşdirmə davam edərsə, bu da eyni dövrə təsadüf edəcək”.

E. Hacızadə əlavə edib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) 70 ildən çox, ona qoşulan “Azərneftyağ” zavodunun isə təxminən 130 illik tarixi var idi. “Azərneftyağ” zavodunun ümumi istehsalının 30 %-i BNEZ-də həyata keçirilir. Modernləşdirmə başa çatmadan zavodu köçürmək mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri