Yanğın kabusunun kökündə nə dayanır? VİDEO
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Son dövrlərdə, xüsusilə bölgələrdə baş verən ardıcıl yanğın hadisələri ciddi narahatlıq doğurur. Statistik göstəricilərə əsasən, 2025-ci ildə qeydə alınan 1 522 yanğın hadisəsindən 1 085-i regionların, 437-si isə paytaxt Bakının payına düşüb.
Bəs ard-arda baş verən yanğınların əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Baku TV-nin hazırladığı videomaterialda mühüm məqamlara toxunulub.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyevin sözlərinə görə, aparılan təhlillər göstərir ki, yanğınların 59,9 faizi yaşayış sektorunda baş verib.
Onun sözlərinə görə, yanğınların təxminən 20 faizi nəqliyyat vasitələrində qeydə alınıb. Digər 20 faiz isə ticarət, ictimai iaşə, istehsalat və digər təyinatlı sahələrin payına düşür.
Cəmil Xudiyev bildirib ki, yanğınların əsas səbəbləri sırasında elektrik təsərrüfatının istismarı zamanı yanğın təhlükəsizliyi və texniki istismar qaydalarına riayət edilməməsi xüsusi yer tutur. Bundan başqa, istilik cihazlarından düzgün istifadə olunmaması, qaz təsərrüfatında baş verən sızmalar, partlayışla nəticələnən yanğınlar, eləcə də qəsdən törədilən hadisələr də yanğınların başvermə səbəbləri sırasında yer tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















