Yanğına görə evlərindən təxliyyə olundular
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hollivud ulduzu Corc və xanımı Amal Kluni Fransadakı meşə yanğınları səbəbindən evlərini tərk edib.
Axşam.az xəbər verir ki, cütlük 9 yaşlı əkizləri Ella və Aleksanderlə birlikdə Brinyol şəhərində yaşayır. Onlar şəhər meri Didye Bremona məktub ünvanlayaraq baş verən hadisələrdən narahat olduqlarını bildiriblər.
“Hazırda gözəl evimizin bu dəhşətli hadisələrdən sağ çıxıb-çıxmayacağını bilmirik. İlk növbədə ümid edirik ki, siz və şəhər sakinləri təhlükəsizsiniz. Nə baş verməsindən asılı olmayaraq, şəhərimizin bərpasında iştirak edəcəyik. Biz bu şəhəri və burada yaşayan dostlarımızı sevirik” deyə, cütlük məktubda qeyd edib.
Qeyd edək ki, Corc Kluni daha əvvəl Fransadakı həyatından danışaraq kənddə yaşamağın onun üçün zamanla xüsusi dəyər qazandığını açıqlamışdı. Aktyor uşaqlarının təbiətə yaxın böyüdüyünü, ailə ilə birlikdə vaxt keçirdiklərini və gündəlik işlərdə iştirak etdiklərini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 İyul 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















