Icma.az
close
up
RU
Yanlış tezisdən doğru hökm çıxmaz! Akif Aşırlı ilə polemika

Yanlış tezisdən doğru hökm çıxmaz! Akif Aşırlı ilə polemika

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çox hörmətli Akif Aşırlı polemikaya açıq bir status paylaşıb. Akif bəyə həm bir həmkarım, həm insan, həm də ziyalı kimi son dərəcə böyük hörmətim olduğundan onun bütün hallarda təhlilə və tənqidə açıq qeydlərinə münasibət bildirməyi özümə borc bilirəm. Xüsusən də ona görə ki, "Azərbaycan Konstitusiyasını misal çəkənlər unudur ki, Azərbaycan xalqın adıdır, milli mənsubiyyəti ifadə eləmir" deyə son polemikalarda birbaşa mənim tərəfimdən irəli sürülmüş tezisə münasibət bildirib. Odur ki, dəyərli aydınımızın iki tezisinə münasibət bildirəcəm.

Birincisi, görünür, Akif bəy bu polemikaları səthi izləyib. Biz- konstitusiyaya istinad edənlər heç nəyi unutmuruq, tam əksinə, elə dünən LAF TV-də Ləman Əliəşrəfqızının qonağı olaraq Aqil Camalla çox yüksək səviyyəli polemika apardım və orada da qeyd elədim ki, Azərbaycan dili dövlət dilidir, dövlət dili olaraq konstitusiyada təsbit olunub, konstitusiyamız respublikaçılığın mahiyyətinə uyğun bir şəkildə xalq (vətəndaşların məcmusu) anlayışından çıxış edir, etnik ayrı-seçkiliyi qəbul etmir. Onu da bildirdim ki, "Azərbaycan xalqı" və "Azərbaycanlı" kimliyi ilk növbədə üst kimlikdir və üst kimlik olaraq etnik kimliyi heç bir halda şübhə altına almır və ala da bilməz. Əgər alardısa, o zaman konstitusiyanın bərabərlik prinsipi pozulmuş olardı.

İkinci tezis: "Amma o aydındır ki, Türk millətinin bir adı var və bir dili var"- deyə Akif Aşırlı yazır.

Hörmətli Aşırlının nəzərinə çatdırmaq istəyirəm ki, millət- kapitalizmin məhsuludur. Kapitalızm meydana çıxmazdan öncə heç bir millətdən və milli dildən danışmaq mümkün deyil. Bu, necə deyərlər, aksiomadır və bunun əksi absurddur.

Millətləşmə prosesinin üç əsas mərhələsi var- mədəni millətləşmə, siyasi millətləşmə, dövlət millətləşməsi. Bu iç-içə gedən proses olmaqla əsas cizgilər baxımından bizim millətləşməmizin mədəni dövrü 19 və 20-ci əsrin əvvəlləri, siyasi millətləşməmiz Əlimərdan bəy Topçubaşov və digər möhtərəm əcdadlarımızın Çar Rusiyasına ilk siyasi tələblərini təqdim etdiyi gündən 28 may 1918-ci ilə qədər olan dövrü, dövlət millətləşməsi isə 28 may 1918-ci ildən AXC-nin elan edilməsi ilə başlayır. Bundan öncəki tarixin millətləşləşmə prosesinə gətirən yoldur, amma millətləşmənin özü deyil. Azərbaycanda dövlət millətləşməsi 7 dekabr 1918-ci ildə yenə də birmənalı və yekcins olmadan, amma əsas cizgi baxımından yerini 7 dekabr 1918-ci ildə xalqlaşmaya verib. Xalqlaşma prosesinin dialektik zirvəsi 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyadır ki, bu, 77 illik bir mübarizənin, tərəqqinin nəticəsdir. Bu tərəqqi prosesini, o cümlədən tərəqqi prosesinin içində Azərbaycan dilinin keçdiyi tarixi, siyasi, sosial, mədəni, texnoloji, akademik, hüquqi yolu göz ardı edib Azərbaycan dili barədə yazılan istənilən rəy obyektiv sayıla bilməz.

Birbaşa tezisin özünə gəldikdə, bu iddianın deyilən kontekstdə obyektiv gerçəkliklə heç bir əlaqəsi yoxdur, amma başqa kontekstdə tamamilə düzdür. Bu, təxminən səhv işləyən saatın gündə iki dəfə düz vaxtı göstərməsi kimi bir haldır.

Əgər Akif bəyin yanaşmasından çıxış etsək, türkmənlər, qazaxlar, qırğızlar, uyğurlar, tatarlar, noğaylar əgər millət olaraq türkdürsə, onda millət olaraq türkmən, qazax, qırğız, uyğur, tatar, noğay deyillər, əgər türkmən, qazax, qırğız, uyğur, tatar, noğaydırlarsa, onda türk milləti deyillər. İrəli sürdüyüm fikrin məntiqi düsturu belədir

(A(x)⟹¬B(x))∧B(x)⟹¬A(x)

İzah: əgər x Türk millətinə A (x) aiddirsə, x müstəqil millət B (x) deyil.

Bu düsturla sübut olunan nəticə budur ki, Akif Aşırlının dediyi kontekstdə Türk millətinin bir adı var və bir dili yoxdur! Bu nəticə həm də doğrudur ona görə ki, türkmənşəli millətlər eynilə İran, Slavyan, German mənşəli millətlər kimi coğrafi, iqtisadi, siyasi, mədəni və s baxımından millətləşmə prosesi yaşayıblar və müstəqil millət və dil daşıyıcısı olaraq çıxış ediblər. Hətta etnik mənşə doğmalığı, oxşar şərtlər belə bu differensasiyanı əngəlləyə bilməyib. Nəticədə, bu gün ukraynalılar, belaruslar slavyan mənşəli millət, amma sloven, yaxud rus olmadıqları kimi, özbək, qazax, ... türkmən də türkmənşəli, amma ayrıca millətdirlər.

Səhv saatın düz göstərməsi məsələsinə qayıtsaq, "Türk millətinin bir adı var və bir dili var" tezisi doğrudur, ancaq bu doğruluq müstəsna şəkildə Türkiyə türklərinə aiddir. Türk adında dünyada cəmi bir millət, cəmi bir dil var, o da Türkiyədəki qardaşlarımıza aiddir. Biz türkmənşəli Azərbaycan vətəndaşları həm millətləşmədən öncəki tarixi mərhələdə (Səfəvi, Əfşar, Qacar), həm də millətləşmə etaplarında Türkiyə türklərindən fərqli, tam müstəqil sosial qrup kimi formalaşmışıq. Sosial qrup olaraq fərqliliyimiz və müstəqilliyimiz bizi Azərbaycan Resublikası qurmağımız və inkişaf etdirməyimizlə nəticələnib. Bu fərqliliklərdən ancaq birini deyəcəm- Osmanlı imperiyası və onun varisi olaraq Türkiyə Cümhuriyyəti Bizans dövlət ənənələrinə istinad etdiyi halda, bizim bu adda istinadımız yoxdur.

Bizə gəlincə, bir dilin adının təsbiti həm də hüquqi hadisədir və ona görə də Azərbaycan dilinin konstitusiyadan kənar istənilən adı bu şərtlərdən ən azı birini ehtiva etmədiyi üçün heç kim tərəfindən ehkam kimi göstərilə bilməz. Ehkamı "Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi"nə əsaslanan konstitusiya kəsir!

Fəqət Konstitusiyamız yuxarıda da qeyd etdiyim kimi, etnik anlamda hər hansı millət anlayışından xalidir. O zaman sual çıxır: biz etnik anlamda bir millət olaraq türkük, yoxsa azərbaycanlı?
Dövlət millətləşməsi prosesində biz "Azərbaycanlı" kimliyi əldə etmişik, bu, həm də milli identifikasiya olaraq "Azərbaycanlı" termininin artıq etnononim olması anlamına gəlir. Buna paralel olaraq "Azərbaycan türkü" də etnonim olaraq eyni uğurla işlənə bilər. Üst kimlik müstəvisində ölkəmizdə etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs azərbaycanlıdır, etnik-milli kimlik formatında "Azərbaycan türkü" və "Azərbaycanlı" eyni etnik mənsubiyyəti ifadə edir.

Ancaq bütün hallarda, bizim türklüyümüz milli əlahiddəliyimiz, müstəqil etnik vahid olmağımız səbəbindən "Azərbaycan" təyini olmadan işlənə bilməz. Buradan da daha bir dəfə o nəticəyə gəlirik ki, Akif Aşırlının " Türk millətinin bir adı var və bir dili var" tezisi kökündən yanlışdır.

Elmi və məntiqi baxımdan doğru cümlə belə olmalıdır: "Ümumtürk mənşəli millətlərin hər birinin öz xüsusi adı və müstəqil dili var"!

Taleh Şahsuvarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see136

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see135

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see135

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see134

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see132

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see131

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see126

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see123

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see122

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see121

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see121

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see120

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see119

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see117

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see116

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see116

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see113

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see113

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri