Icma.az
close
up
RU
Akif Aşırlı: Çalışıram ki, kollektivdə əks fikirlilik, müzakirə mədəniyyəti olsun MÜSAHİBƏ

Akif Aşırlı: Çalışıram ki, kollektivdə əks fikirlilik, müzakirə mədəniyyəti olsun MÜSAHİBƏ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Bu olmasa, redaksiyada fərqli, imzası tanınan yaxşı jurnalist yetişməyəcək"

Bu il Azərbaycan jurnalistikasının 150 illiyi tamam olur. Əsr yarımdır davam edən şərəfli yolda zaman- zaman müəyyən kələ-kötürlər olsa da, bu gün jurnalistikamız “cəmiyyətin güzgüsü”, “IV hakimiyyət” statuslarını qorumağı bacarır. İndiki şəraitdə bu, o qədər də asan deyil. 

Crossmedia.az olaraq mətbuatın 150 illiyi ilə bağlı silsilə müsahibələrimizi davam etdiririk. Bu dəfəki qonağımız “Şərq”qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı oldu. 


“Azərbaycan mətbuatnın 150 illiyi təkcə jurnalistlərin yox, bütöv Azərbaycan xalqının milli bayramıdır”


- Azərbaycan mətbuat tarixinin geridə qoyulan 150 ilini necə xarakterizə edərdiz?

- Azərbaycan mətbuatının yaşı əslində 150-dən çoxdur. Jurnalistikamızın əsası deyərdim ki, Qobustan qayalarından başlayır, əcdadlarımızın qaya üzərində yaratdıqları rəsmilər, ov, təbiət hadisələri ilə bağlı cızdıqları elementlər  informasiya daşıyıcısı və mesajlardır.  Anadilli mətbuatımızın  tarixi hələ 1856-cı ildə Cənubi Azərbaycanda nəşr olunan " Darulsəltəneyi - Azərbaycan " qəzeti ilə başlayır. Fars dilində çıxan, daha çox rəsmi xəbərləri dərc edən həmin qəzetin cox az sayda nümunələri  günümüzə gəlib çıxıb, bu barədə müsəlman- türk mətbuatının tarixini yazan, tədqiq edən Qərb alimləri də məlumat veriblər. Biz bu böyük tarixin son 150 ilini əsas götürürük. Çünki Həsən bəy Zərdab 1875 - ci ildə " Əkinçi " qəzeti ilə anadilli mətbuatımızın, jurnalistika sistemimizin əsasını qoydu. Milli mətbuatımızda qəzet dizaynı, korrektura ,  yayım - abunə  sisteminin əsası quruldu. Yəni bu, bir başlanğıçdır. Azərbaycan Cümhuriyyətinə gedən tərəqqi, inkişaf, milli özünüdərk yolu da " Əkinçi " dən başlayır. Əlbəttə, 150 il böyük tarixdir. Cəmiyyətin inkişafı, xalqın formalaşması və millətləşməsi prosesində mətbuatı əvəz edəcək heç bir mükəmməl struktur yoxdur.   Həsən bəy Zərdabi deyirdi ki, hər bir millətin mətbuatı həmin millətin aynasıdır. Bu mənada əgər biz millətin, bu millətin yaratdığı dövlətin tarixini yazmaq, həmin dövrün ictimai-siyasi proseslərini, aparılan islahatları öyrənmək istəyiriksə, mütləq mətbuata istinad etməliyik. Mətbuat milləti dövlət qurmaq səviyyəsinə gətirib çıxarır. Məsələn, 1915-ci ildə “Açıq söz” qəzeti ilə cümhuriyyətçilik ənənələrinin əsası qoyulub. 1918 - ci ildə öz müstəqil dövlətinə sahib olan xalqa dövlətçilik şüuru Ceyhun və Üzeyir Hacıbəyli  qardaşlarının redaktorluq etdikləri " Azərbaycan " qəzeti vasitəsilə aşılanıb.   Əlbəttə, sovet dövrünü də bir kənara atıb, bu dövrün üstündən xətt çəkmək olmaz.  Azərbaycan həmin dövrdə müstəqilliyini itirmişdi, sovet imperiyasının tərkibində idi. Buna baxmayaraq, millət mətbuat sahəsində öz dilini, milli dəyərlərini  qoruyub saxlamağı bacardı. 1988-ci ildən sonra isə Azərbaycan istiqlalının bərpası  istiqamətində Azərbaycan jurnalistləri siyasətçilərindən daha çox iş görüblər. Bu mənada müxtəlif dövrlərin  nəşrlərini bir- birinə qarşı qoymadan, müqayisəli formada sistemli təhlilinə ehtiyac var. Hesab edirəm ki, Azərbaycan mətbuatnın 150 illiyi təkcə jurnalistlərin yox, bütöv Azərbaycan xalqının milli bayramıdır. Azərbaycanın mətbuatının 150 illiyi çox böyük hadisədir. Biz bu bayram tədbirlərini  dövlətçilik, müstəqillik istiqamətlərinə yönəltməliyik. Cənubi Qafqazda Azərbaycanın  hazırkı sərhədlərini cızan  məhz Azərbaycan Cümhuriyyəti dövrünün jurnalistləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,  Üzeyir bəy Hacıbəyli,  Ömər Faiq Nemanzadə və başqaları olublar. Onlar Azərbaycan dövlətini öz qələmləri ilə  sözdə, qəzet səhifələrində yaratdılar. Azərbaycan birdən – birə yaranmayıb. Bu baxımdan biz 150 illiyi möhtəşəm keçirməliyik. 


- Yeri gəlmişkən, 150 illiklə bağlı sizin təklifləriniz var?

- Milli mətbuatımızın 150 illiyini , bu möhtəşəm hadisəni Azərbaycan sərhədləri ilə məhdudlaşdırmamalıyıq. Bayram tədbirlərinə Bakıdan deyil, Zərdabdan başlamaq lazımdır. Çünki Azərbaycan mətbuatının əsasını  qoyan şəxs məhz Zərdabda anadan olub, mətbuatımızın günəşi oradan doğub. "Əkinçi " bağlandıqdan sonra Həsən bəy  9-10 il orada yaşayıb, savaşını o məkandan davam etdirib, mərkəzi mətbuat orqanlarına, yerli qəzetlərə oradan məqalələr yazıb . Zərdabdan sonra Tbilisiyə keçmək lazımdır. Vaxtı ilə orada “Ziya”, “Ziyayi- Qafqaziyyə”, “Kəşkül”, " Şərqi- rus " , " Molla Nəsrəddin "  kimi nəşrlərimiz işıq üzü görüb. Gürcüstanda yaşayan azərbaycanlıların köməyindən istifadə edərək tədbirlər keçirə bilərik. Sonrakı mərhələdə Rusiyada, Türkiyədə, Almaniyada, Polşada da müxtəlif konfranslar, müzakirələr, tədbirlər keçirmək olar. Azərbaycan mətbuat tarixi bütövlükdə  fərqli vaxtlarda həm də bu ölkələrlə bağlı olub. Hətta  Özbəkistanda da qəzetlər çap etmişik.  Ümumiyyətlə, dediyim kimi, bu millətin tarixində, taleyində rol oynayan anadilli mətbuatın 150 ili möhtəşəm keçirilməlidir , adi gün kimi qeyd edilməməlidir. Hər halda bayram törənləri ilə  bağlı artıq dövlət də hərəkətə keçib. 


- Ötən yarım əsrdə mətbuatın janr təsnifatında hansı dəyişikliklər müşahidə olunub?

- Artıq janrlar arasında sərhəd itib. Məsələn, bir çox halda xəbərlə şərhə fərq qoyulmur. Elə media subyektləri var ki, onlar xəbərin ilkin formatını , tələbləri unudurlar. Bəzən xəbərdə “Molla Nəsrəddin” sayağı replikalara rast gəlinir. Bu, düzgün deyil. Xəbərə yersiz müdaxilə olmamalıdır. Onu da deyim ki, sovet dövründə və ondan əvvəl rast gəlinən bəzi janrlar, o cümlədən oçerk, felyetona artıq rast gəlinmir. Çünki dövr dəyişib, indi klassik jurnalistika irsi öz yerini internet jurnalistikasına verir. 


- Bəs başqa hansı fərqlər hiss edilir?

- Ənənəvi jurnalistika tədricən yerini internet jurnalistikasına verir. İndi dünyada süni intellektdən, o cümlədən Chat GP-dən geniş istifadə olunur. “Şərq” qəzetində də bu texnoloji imkandan istifadə olunub. Məsələn, Türkiyədəki bələdiyyə seçkiləri zamanı Chat GP vasitəsilə material hazırladıq. Suallara, bu robort, bəlkə də, Türkiyə siyasətini çox yaxşı bilən politoloqdan daha yaxşı cavab verdi.  Bu, düşüncələrə,  həyat və yaşam tərzinə təsir edən,  müxtəlif  çalarlar gətirən yeni sivilizasyadır. " Əkinçi " dən başladıq ,  indi isə robort jurnalistika mərhələsinə qədəm qoyuruq.


- Belə davam edərsə, gələcəkdə jurnalistlərə ehtiyac olacaq?

- Jurnalistə həmişə ehtiyac olacaq. Məsələ burasındadır ki, süni intellektin data bazalarını formalaşdıran, ona komanda verən,  istiqamətləndirən də jurnalistlərdirlər. Bu baxımdan süni intellekt daha keyfiyyətli materialın ərsəyə gəlməsi üçün sadəcə bir vasitədir. Amma o, bütünlükdə jurnalistika sistemini əvəz edə bilməz. Hər jurnalistin öz üslubu var. Üslub jurnalistin imzasıdır. Chat GP isə fərqli -fərqli üslublarda yaza bilməz, alqoritimlər buna imkan verməz. Bu mənada jurnalistikanın gələcəyinə inanıram. Odur ki, jurnalistika yeni şəraitə uyun istiqamətlənməli, çağdaş tələblərə müqavimət göstərməməli, yeniliyə açıq olmalıdır. İnsanları danışdırmağı bacarmağın özü də bir elmdir. Robotun da bacarmadığı məsələlər var(gülür). 


- Akif müəllim, sizcə, media bu gün bütün dünyada ictimai şüurua təsir edə bilirmi?

- Medianın əsas gəlir mənbəyi və auditoriyası xalqdır. Əgər xalq istəyirsə ki, media onun arzuladığı kimi olsun , gərək dəstək versin. Dəstək verməsə, media mövcudluğunu qorumaq ücün  kənar mənbələrdən maliyyələşəcək. Beləliklə, xalq mətbuatdan istədiyini ala bilməyəcək. 


- Bəzilərinə görə, İkinci Qarabağ müharibəsi ilə Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandı. Siz necə düşünürsünüz?

- Əlbəttə, müharibə birdən – birə başlamadı. Birinçi Qarabağ savaşı ilə ikinci müharibənin arasında, az qala, 30 il müddətində bu savaş ruhu mətbuatdan əksik olmayıb. Bunun üçün həmin dövrün qəzet səhifələrinə baxmaq lazımdır. Zəfərin qazanılmasının bir yolu da mətbuatdan keçib gəldi. Qələbə həm də mətbuat səhifələrində Qarabağ mövzusunun daim gündəlikdə saxlanmasının məntiqi nəticəsi idi. Mətbuat vasitəsilə Qarabağ unudulmadı,  gənclərdə vətən sevgisi təlqin olundu.


“Jurnalistika elmdir”


- Mütəxəssislərin ən çox mübahisə etdiyi məsələ jurnalistin əvvəlcə peşəkar, yoxsa, vətəndaş olması dilemmasıdır. Sizin bu barədə fikirləriniz necədir?

- Bu gün yeni dünya nizamı formalaşır, sağımızda, solumuzda siyasi - hərbi gərginliklər göz önündədir. Nəzərə almaq lazımdır ki, ədalət umduğumuz dünya  və  qonşularımızın heç də hamısı Azərbaycana xoş münasibət bəsləmirlər. Mətbuat, qələm əhli  bunu hökmən  nəzərə almalıdır. İlk növbədə dövlət maraqları qorunmalıdır. Bu, jurnalistikanın prinsiplərindən, mahiyyətindən imtina etmək deyil. Əlbəttə, Azərbaycan jurnalistlərinin problemləri də var. Bu, xüsusilə sosial və maliyyə məsələləri, o cümlədən reklam bazarı ilə bağlıdır. 


"Jurnalistika fakültələrində yeni fənnlər tədris olunmalıdır"


- Son vaxtlar jurnalistikaya iddia edənlərin sayı artıb. Bəzən hətta mediaya alternativ iş kimi baxılır. Belə bir vəziyyətdə jurnalist təhsili nə qədər əhəmiyyətlidir?

- Dediyim kimi, jurnalistika əslində elm sahəsidir. Jurnalistika bəlli qaydaları , qanunları, dəyərləri, prinsipləri olan sənətdir. Jurnalistikanın nəzəriyyəsini bilmədən də  uğur qazana bilərsən. Amma bu, o qədər də davamlı olmaz. Odur ki, jurnalistikanın nəzəriyyəsini, peşə qanunlarını, etik dəyərləri ,  dünyada baş verən prosesləri  bilmək lazımdır.  Jurnalistika fakültəsində təhsil almağın üstün cəhətləri çoxdur. Vətəndaş jurnalistikası fenomeni əslində sovet dövründə də olub. Bu gün isə bu anlayış daha da populyarlaşıb. Sosial media bəzən də bizim ətalətimiz ucbatından peşəkar mediadan önə çıxır. Hər kəs özünün sosial media hesabları vasitəsilə nə isə yaza, çəkə, yaya  bilər. Amma onların hazırladıqlarının, təqdim etdiklərinin peşəkarlığa nə qədər uyğun olması sual altındadır. Vətəndaş jurnalistikasının bəzən auditoriyanı daha çox özünə cəlb edərək aldadıcı manevrləri peşəkar medianın işinə əngəl yaradır. Amma, nə etmək olar, reallıqlardan qaçmaq mümkün deyil.  Peşə təhsilinə həmişə ehtiyac var. Bununla belə, dərs proqramları yenilənməlidir. Məsələn, “dron jurnalistikası” ayrıca bir fənn kimi tədris oluna bilər. Jurnalistlərin soyuq, müqayisəli analitik təfəkkürə sahib olması şərtdir. Müşahidələr göstərir ki,  bəzi gənclərin dünyagörüşü məhduddur, təhlil qabiliyyətləri zəifdir. Gənclərin üstün çəhətlərinfən biri  onların texnoloji yeniliklərdən  bacarıqla istifadə etməsidir. Bu, yaxşı haldır. Amma bu imkanlardan düzgün istiqamətdə istifadə olunmalıdır ki, uğur əldə edilsin. Gənclər öz üzərlərində çox işləməli, oxumalı, xarici dil bilgilərini artırmalıdırlar.  Həmişə gənclər məsləhət görürəm, deyirəm ki, yanınızda  qeyd dəftərçəniz olsun. Bəzi gənc jurnalistlər danışdıqları eksperti yaxşı tanımır, onu düzgün təqdim etməyi bacarmırlar. Təqdimatda təhrifə yol verən jurnalist, əlbəttə, mətndə də səhvlər edəcək. 


- 150 illik Azərbaycan mətbuat tarixinin 30 il müddətində “Şərq” qəzeti də var. “Şərq” bu gün məktəb kimi xarakterizə olunur. Bu uğurun sirri nədədir?

- “Şərq” qəzetində çox jurnalist yetişib və bu gün də yetişir. Onların əksəriyyəti  öz fəaliyyətlərini təkcə qəzetlərdə, televiziya və saytlarda davam etdirmirlər. Bəziləri bu gün vəzifə sahibidirlər. Bu nailiyyət baş redaktor kimi təkcə mənimlə bağlı deyil. Həmişə çalışmışam ki, kollektivdə sağlam,  yaradıcı mühit olsun. Baş redaktorun əsas işi əslində həm də budur. Çalışıram ki, kollektivdə  əks fikirlilik, müzakirə mədəniyyəti olsun. Bu olmasa, redaksiyada fərqli, imzası tanınan yaxşı jurnalist yetişməyəcək. Biz hər gün ənənəvi planlaşdırmalardan əlavə həm də nahar fasiləsində yaradıcılıq barədə danışır, müzakirələr aparırıq. Gənc jurnalistlərin bəziləri  təəssüf ki, bizi tanımır. Onlar " Z nəsli " nin "  Z "  jurnalistləridir. Bir neçə ildən sonra, bəlkə də, ümumiyyətlə , bizi  tanınmayacaqlar. Olsun. Uğurun səbələrini soruşdunuz, deyim ki, uğur qazanmağın bir yolu da ədalətli olmaq, kollektivdə hər kəsə eyni imkanları yaratmaqdır. Yaradıcılıq azadlığından düzgün istifadə olunmalı, alternativ fikir müxaliflik kimi qəbul olunmamalıdır. Ümumiyyətlə, jurnalistika alternativ fikir sənətidir. Oxucudan fərqli düşünməsən, heç vaxt onu arxanca apara  bilməyəcəksən. Belə olan halda oxucu pul alıb qəzet oxumayacaq, mediaya diqqət göstərməyəcək. Xalq da gərək  mediasını yaşatsın,  yaşada bilmirsə, onda bizdən inciməsin. Dediyim kimi, xalq mətbuatı maliyyələşdirməsə, başqa güclər bu işi görəçəklər. Sevindirici haldır ki,  iddialı gənclərimiz var. Bu, yaxşıdır.  Amma gərək iddia da imkana uyğun olsun...


- Sonda nə demək istərdiniz?

- Crossmedia.az saytını izləyirəm. Sizə uğurlar arzulayıram. Komandanızda peşəkarlıq , məsuliyyət, peşə prinsiplərinə sayğı hiss olunur. Qeyri- peşəkarların önə çıxması həmişə müvəqqəti olur. Gərək düz bildiyin yoldan  yayınmayasan . Mən həmişə bunun tərəfdarı olmuşam. Bundan sonra da bizimlə birgə çalışmaq istəyən  gənclərə dəstək verəcəm. 


Kənan Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see138

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see133

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see131

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see130

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see128

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see128

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see124

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see123

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see122

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see122

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see121

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see120

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see119

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see119

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see119

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see117

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see117

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see115

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri