Yanvar iyul aylarında banklar 166 milyon manatlıq mənfəət vergisi ödəyib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 avqust, AZƏRTAC
Cari ilin yanvar–iyul aylarında banklar 682,8 milyon manat xalis mənfəət, 1 milyard 85,9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 165,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3,4 faiz artaraq 36 milyard 662,6 milyon manat təşkil edib.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 154,8 milyon manat artaraq 2 milyard 740,2 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















