Icma.az
close
up
RU
Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım

Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neftçalada 1990-cı il yanvarın 25-də şəhid olan Nurəddin Ağahüseynovun xanımı ilə qızı o məşum günü indi də ürək ağırısı ilə xatırlayır.

“Report”un Aran bürosunun məlumatına görə, 1990-cı il yanvarın 20-də Bakıda qanlı qırğın törədən sovet ordusu dinc əhalinin qətliamını beş gün sonra Neftçala rayonunda davam etdirib.

1990-cı il yanvarın 25-də Neftçala şəhərinə daxil olan sovet hərbçiləri orada da dinc əhalini hədəfə alıblar.

Həmin gün Kür çayı üzərindəki iaşə obyektində aşpaz işləyən 29 yaşlı Nurəddin Ağahüseynov “Zaporojets” markalı avtomobili ilə Həsənabad qəsəbəsindəki evinə qayıdarkən snayper atəşi ilə alın nahiyəsindən vurulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.

“Nurəddinin vurulduğunu öyrəndiyimiz gün yollar hər tərəfdən bağlı olduğuna görə xəstəxanaya gedə bilmədik. Ertəsi gün səhər yaxın qohumlarla birlikdə xəstəxanaya getdik. Meyitin üzünü açıb baxmağa ürəyim gəlmədi. Amma onu corabından tanıdım”, - deyən şəhidin həyat yoldaşı Şirmayı Ağahüseynova o dəhşətli günün acısını indi də bütün ağırlığı ilə yaşayır.

Həyat yoldaşının şəhid olmasından sonra himayəsində üç azyaşlı uşaq qalan Ş.Ağahüseynova övladlarını böyütmək üçün çox əziyyət çəkdiyini vurğulayıb.

Ailənin sonbeşiyi Xəyalə Ağahüseynova atasının şəhid olmasından sonra gördüyü mənzərəni heç vaxt unuda bilmədiyini deyib:

“Atam şəhid olanda cəmi beş yaşım vardı. Baş verənləri çox da xatırlamıram. Amma bir hadisə yaddaşıma həmişəlik həkk olub. Atamın yas mərasimi nənəmgildə keçirilirdi. Oradan çıxıb öz evimizə gəldik. Dayımla əmim evimizin qarşısından keçən su arxında atamın maşınını yuyurdular. Avtomobil qırmızı rəngdə idi. Onların yanına getdim. Su qıpqırmızı olmuşdu. Soruşdum ki, bu qırmızı nədir? Məni geri çəkib dedilər ki, heç, maşının rəngidir. Amma sonradan dərk etdim ki, suyun rəngini dəyişən atamın qanı imiş”.

Qeyd edək ki, Neftçala rayonunda 1990-cı il yanvarın 25-də törədilən qırğında Nurəddin Ağahüseynov və Əbülfəz Cəfərov şəhid olub, doqquz nəfər yaralanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri