Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Mühacirətdə sönən işıqlar: Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Tiflisdə qətlləri

Mühacirətdə sönən işıqlar: Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Tiflisdə qətlləri

Icma.az bildirir, 525.az portalına istinadən.

Fəxri VALEHOĞLU-HACIYEV
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(Əvvəli ötən sayımızda)

Terror hadisəsindən bir neçə gün sonra Tiflis Şəhər Milisinin rəisi vəzifəsini icra edən S.N.Mikeladzenin əmri ilə post milisləri İlya Kançaveli, Nikolay Kebadze və Porfiri Ramfopulo yol verdikləri səhlənkarlığa görə milis orqanlarında xidmətə yararsız hesab olunub işdən azad edilir, eyni zamanda 1 aylıq həbslə cəzalandırılırlar. "Qruziya" ("Qruziə") qəzetində "Xan Xoyskinin qətlinin əks-sədaları" başlığı altında dərc edilmiş əmrdə həmçinin yerli sahə komissarı Karşiyaya tapşırıq verilir ki, post milislərinə onların görüntü deyil, iş üçün növbə çəkdikləri və ətrafa diqqətlə nəzarət edib istənilən cinayətə cəhdi önləməli olduqları təlqin edilsin.

Gürcüstan sosial-demokratlarının aparıcı yayım orqanı olan gürcüdilli "Ertoba" qəzeti 1920-ci ilin 30 iyununda çap olunmuş buraxılışında Bakıdan "Qırmızı Azərbaycanda" başlığı altında verdiyi məlumatda şəhərdə yerli müsəlman əhalinin Xan-Xoylunun öldürülməsi ilə bağlı yas əlaməti olaraq gizlicə qara geyindiyini bildirirdi.

Qeyd edək ki, Tiflis mətbuatı Fətəli xanın qətlindən bir neçə gün sonra Xan-Xoyski sülaləsindən daha bir nəfərin Bakıda qətlə yetirilməsi barədə məlumat verirdi.

Sovetləşən Azərbaycandakı repressiyalarla bağlı "Slovo" qəzetinin 1 iyul 1920-ci il tarixli nömrəsində yazılırdı: "Bu günlərdə Azərbaycandan gələn şəxs bizim əməkdaşa sovet Bakısının həyatından bir neçə maraqlı məlumat verdi... Bu yaxınlarda Tiflisdə öldürülmüş Xan-Xoyskinin qardaşı da güllələnmişdir..."

F.Xoyskinin böyük qardaşı Hüseynqulu xan 1955-ci ildə İstanbulda, kiçik qardaşı Rüstəm xan isə 1948-ci ildə Moskvada vəfat etdiyi üçün mənbədə onun qardaşı deyil, yaxın qohumlarından biri barədə bəhs edilməsi ehtimalı yüksəkdir.

Həsən bəy Ağayevə qarşı sui-qəsd

Həsən bəy Ağayev

Bakının işğalı ərəfəsində Tiflisdə Cənubi Qafqaz cümhuriyyətlərinin konfransında Azərbaycan nümayəndə heyətinin sədri qismində iştirak edən və AXC-nin süqutundan sonra artıq geri qayıda bilməyən doktor Həsən bəy Ağayev Fətəli xan Xoyskidən düz bir ay sonra - 19 iyuldan 20 iyula keçən gecə saat 2-də Tiflisin M.Brosse küçəsində Mauzer sistemli tapançadan atılmış 4 güllə ilə öldürülmüşdü. Prokuror nəzarəti və istintaq orqanlarının nümayəndələri, cinayət və şəhər milisinin əməkdaşları hadisə yerinə gələrək cinayətkarların ələ keçirilməsi üçün təcili ilkin tədbirlər görsələr də, heç bir nəticə hasil olmamış, cinayət işinin istintaqı Tiflis Dairə Məhkəməsinin prokurorunun qərarı ilə xüsusilə mühüm işlər üzrə müstəntiq Dilevskiyə həvalə olunmuşdu.

"Saxalxo sakme" qəzetində H.Ağayevin qətli ilə bağlı məlumat

Səhifələrində H.Ağayevin tərcümeyi-halına yer ayıran və sui-qəsd barədə yenə də digər mətbu orqanlarla müqayisədə əlavə bilgi verən "Slovo" ("Slovo") qəzeti 22 iyul 1920-ci il tarixli sayında Həsən bəyə atılan güllələrin partlayıcı güllələr olduğunu, onlardan birinin kifayət qədər qalın ağacı tam deşib çıxaraq böyük bir taxta parçası qopardığını, həmçinin mərhumun üzərində 200 min manatdan çox pul (əsasən Azərbaycan və Don hökumətlərinin valyutası), qızıl zəncirli və breloklu (açarlıqlı) qızıl saat tapıldığını yazırdı.

 "Qruziya" ("Qruziə") qəzetində H.Ağayevin qətli ilə bağlı məlumat

Sui-qəsddən sonra nəşi Mixail xəstəxanasının meyitxanasına aparılan Həsən bəy Ağayevin dəfn mərasimi 21 iyulda təşkil edilmiş və o da F.Xoyski kimi Tiflisin müsəlman qəbiristanlığında torpağa tapşırılmışdı.

Sovetlər dövründə Nəbatat bağına çevrilmiş Tiflis müsəlman məzarlığında - hazırda Görkəmli Azərbaycanlıların Panteonu adlanan müqəddəs məkanda F.Xoyskinin və H.Ağayevin qəbirüstü abidələri yan-yana ucalmaqdadır.

Osetin əsilli yazıçı və publisist Əhməd Tsalikov Şimali Qafqazdan Gürcüstana mühacirət etmiş siyasi-ictimai xadimlər tərəfindən Tiflisdə nəşr olunan, redaktoru olduğu rusdilli "Volnıy qorets" ("Volğnıy qoreü") qəzetinin 26 iyul 1920-ci il tarixli sayında H.Ağayevin qətlinə belə bir emosional tərzdə reaksiya verirdi:

"Volnıy qorets" ("Volnıy qoreü") qəzetində H.Ağayevə sui-qəsdlə bağlı Ə.Tsalikovun yazısı

"Cənubi Qafqazın müsəlman ziyalılarının cərgəsindən daha bir nəfər - dr. Həsən bəy Ağayev qoparıldı. İti siyasi bucaqları hamarlamağa çalışan bu təvazökar insanın ölümü kimə lazım idi? Həsən bəy Müsavat partiyasının sıralarında ən sülhsevər - "barışdırıcı" şəxs idi. Və müəmmalı qalır: qatillərin seçimi niyə məhz onun üzərində dayandı? Onlar nəyi əllərində rəhbər tuturdu? Kimdir onlar? Əgər bütün bu vəhşi əməllər "kommunizm", "sosializm", hansısa "milliyətçilik" bayrağının arxasında gizlənirsə, bütün prinsiplərin və mənəvi dəyərlərin təhrif olunması nəticəsində insan ruhunun süqutunun uçurumu insanı yalnız dəhşətə gətirə bilər. İnsan vəhşiliyinin sonu haradadır?!."

"Volnıy qorets" həmin sayında öz oxucusuna Tiflisdə türkcə nəşr olunan "Yeni dünya" qəzetində (1920-ci il, № 6) işıq üzü görmüş, Həsən bəyin qətli ilə bağlı məqalənin tərcüməsini də təqdim edirdi. Həmin yazıda da sabiq parlament sədri çox təvazökar, xasiyyətcə və şəxsi ünsiyyətdə mülayim bir şəxs kimi xarakterizə olunurdu. Daim tutduğu barışdırıcı mövqe sayəsində vəzifədə irəli çəkildiyi və məhz bu keyfiyyətinə görə azərbaycanlıların Həsən bəyi Cənubi Qafqaz xalqlarının sonuncu konfransında özlərinin nümayəndə heyətlərinə sədr seçdikləri qeyd olunan məqalədə həmçinin F.Xoyski və H.Ağayevin öldürülməsinin erməni - "tatar" (azərbaycanlı) münasibətlərində heç nəyi dəyişmədiyinə diqqət çəkilərək qatillər və onları göndərən qruplar dərin qəzəb və nifrətlə məzəmmət edilir, "Qırmızı" Azərbaycanda bır sıra kateqoriyaya daxil olan şəxslərin öz xalqlarının düşməni elan olunmasının bu cür cinayətləri təşviq etdiyi vurğulanır və sonda paytaxtında bu cür qətllərin baş verdiyi Gürcüstan hökumətinin cinayətkarların tutulması və gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi ölçü götürəcəyinə ümid ifadə olunurdu.

Fətəli xan Xoyski və Həsən bəy Ağayevin həyatına qəsd edən terrorçuların ələ keçirilməsi mümkün olmadığı üçün onların kimliyi barədə müxtəlif fərziyyələr irəli sürülürdü.

 "Ertoba" qəzeti 13 iyul 1920-ci il tarixli sayında yazırdı: "Xan-Xoylunu kim öldürdü? Kavkavın (Vladiqafqazın - F.V.-H.) "Kommunist"ində (25 iyun) bunlar yazılıb: "Kommunist"in 64-cü nömrəsində Xan-Xoylunun qətli ilə bağlı Tiflis qəzetlərindən götürülərək dərc olunmuş məlumatda təəssüf ki, səhvə yol verilib. Diqqətsizlik üzündən qeyd olunan terror aktının millətçilər tərəfindən verilmiş tövsifinə düzəliş edilməyib. "Bədxahlar öz çirkin əməllərini törətdikdən sonra qaçdılar" sözləri "Qatilə pul ödəyən qəhrəmanlar özlərini xilas etdilər" sözləri ilə əvəz olunmalıdır..." "Ertoba" bu yazılanlar əsasında Fətəli xanın bolşeviklər tərəfindən öldürüldüyü qənaətinə gəlirdi.

Parisdə nəşr olunan "Tan" ("Le Temps") qəzeti 18 sentyabr 1920-ci il tarixli sayında özünün Tiflisdəki müxbirinə istinadən F.Xoyski və H.Ağayevi qətlə yetirən şəxslərin yeni sui-qəsd hazırlığında ikən ələ keçirildiyini yazırdı.

Parisdə nəşr edilən "Le Temps" qəzetində F.Xoyski və H.Ağayevin qatillərinin həbs olunduğunu bildirən müxbir məlumatı

Həmin şəxslərin adları qeyd olunmasa da, onların "Daşnaksütyun" partiyasını təmsil etdikləri bildirilirdi: "Azərbaycanın keçmiş Baş naziri cənab Xan-Xoyskinin və Parlamentinin keçmiş vitse-prezidenti dr. H.Ağayevin qatilləri Tiflisə sığınmış Azərbaycan dövlət xadimlərinə qarşı növbəti hücumlar hazırlayarkən nəhayət ki, Gürcüstan hakimiyyət orqanları tərəfindən həbs ediliblər. Sui-qəsdçilər hakim "Daşnak" partiyasından olan ermənilərdir. Bu amil Qafqazdakı vəziyyəti xeyli mürəkkəbləşdirir və Gürcüstan hökumətini son dərəcə çətin vəziyyətə salır. Gürcüstan mətbuatı öz ölkələrinin işğalçılarına qarşı mübarizəni təşkil edə biləcək Azərbaycan liderlərinə sui-qəsdlərin qarşısını almaq üçün sərt tədbirlər görülməsinə çağırır, çünki bu cür hərəkət edən ermənilər yalnız bolşeviklərin əlinə oynayırlar, halbuki vəziyyət bütün qafqazlıların Rusiya təcavüzünə qarşı birliyini tələb edir.

Azərbaycan və Gürcüstan müsəlmanları arasında böyük bir çaşqınlıq hökm sürür; onlar Fətəli Xan-Xoyskinin sığındığı müttəfiq respublikanın paytaxtında öldürülməsinə yas tutmağa davam edirlər. Sui-qəsdçilərin Ermənistan dövlət başçısı və nazirlərinin böyük əksəriyyətinin mənsub olduğu partiyanın üzvü olmaları vəziyyəti daha da həssas edir. Azərbaycan müsəlmanları Gürcüstanı öz təbii müttəfiqləri hesab etməyə davam edir və Gürcüstan hökumətindən Ermənistanın hakim partiyasının Gürcüstan paytaxtında sığınacaq axtaran dost ölkənin dövlət xadimlərinə qarşı həyata keçirdiyi terror sisteminə qarşı sərt etiraz gözləyirlər. Sovet Azərbaycanının hazırkı liderlərinə gəldikdə isə, onlar bu hadisələrdən narazı deyillər, çünki bu hadisələr onların vəzifəsini - Qafqazın bolşevikləşdirilməsinə qarşı mübarizə aparanların dəf edilməsini asanlaşdırır".

"Ertoba" qəzeti payız nömrələrindən birində "Tan" ("Le Temps") qəzetində işıqlandırılmış bu məlumata qısaca olaraq bu şəkildə yer ayırırdı: "Tan" yazır: Cənubi Qafqazda indi vəziyyət elədir ki, bütün Cənubi Qafqaz cümhuriyyətlərinin sıx ittifaqı, Rusiya və Osmanlı təhlükəsini aşa bilmələri üçün birləşmələri mütləqdir. Azərbaycan müsəlmanları Gürcüstanı özlərinin təbii müttəfiqi hesab edirlər. Sonra "Tan" Xan-Xoylunun ölümünə dair faktlar gətirir və qeyd edir ki, Gürcüstan hökuməti Azərbaycanın rəhbərliyində olmuş şəxslərə qarşı terror aktlarının təkrarlanmaması üçün ölçü götürüb".

Göründüyü kimi, "Ertoba"nın bu istinad xəbərində təhrifə yol verilir, belə ki, "Tan"da Osmanlı adı çəkilmədən yalnız Rusiya təcavüzünə qarşı qafqazlıların birliyinin zərurəti barədə söz açıldığı halda, eyni kontekstdə "Rusiya və Osmanlı təhlükəsi" ifadəsi işlədilir, "Tan"ın yaydığı informasiyanın əsas mövzusu - daşnak sui-qəsdçilərin həbsinə dair isə heç nə açıqlanmır; ola bilsin ki, gürcü hüquq-mühafizə orqanları tərəfindən bu məlumat təsdiqlənməmiş və "Ertoba" bu səbəbdən o məsələyə toxunmamağa üstünlük vermişdir.

Ümumiyyətlə, o dövrün Gürcüstan mətbuatında F.Xoyski və H.Ağayevin qatillərinin kimliyinə və ya ələ keçirilməsinə dair heç bir məlumatla qarşılaşmamışıq. Digər qaynaqlardan F.Xoyskiyə qarşı sui-qəsdin "Daşnaksütyun" partiyasının üzvləri Aram Yerkanyan və Misak Kirakosyan tərəfindən həyata keçirildiyi, F.Xoyskinin A.Yerkanyanın açdığı atəşlə şəhid edildiyi aşkar olur [Bəzi mənbələr bu terror aksiyası zamanı Misak Kirakosyanın yaralandığını yazırlar]. Terrorçuların bundan sonra həbs edilməsinə dair əlimizdə heç bir səhih məlumat yoxdur; fakt odur ki, A.Yerkanyanın 1922-ci ilin 17 aprelində Berlində Osmanlının tanınmış siyasi xadimlərinə   "İttihad və Tərəqqi" partiyasının öndə gələn simalarından Bahəddin Şakirə və Trabzon valisi olmuş Camal Əzmiyə qarşı sui-qəsdin də iki iştirakçısından biri olub.

Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Tiflisdə ard-arda qətlə yetirilməsi ilə bağlı mətbuat materialları yalnız Azərbaycan dövlət xadimlərinə qarşı qanlı cinayətlərin təfərrüatlarını deyil, həm də dövrün sarsıntısını və milli mühacirətin ağrılarını əks etdirərək AXC elitasının taleyini müəyyən edən siyasi çalarları gün üzünə çıxarır. Hər iki şəxsiyyətin ölümündən sonra Tiflisin küçələrində dolaşan qorxu, Bakıdan gələn xəbərlərdə əks olunan ümidsizlik və müsəlman əhalinin yas əlaməti olaraq qara geyinməsi   bütün bunlar Xalq Cümhuriyyəti ideallarına sadiq qalanların hansı fırtınanın içindən keçdiyini aydın şəkildə göstərir.

Fətəli xan və Həsən bəyin şəhadəti, əslində, milli yaddaşımıza vurulan bir yaranın tarixdəki izidir. Hər iki dövlət xadimi Tiflisin küçələrində siyasi oyunların, tarixi ziddiyyətlərin və düşmənçiliklərin qurbanına çevrilsələr də, tarix sübut edir ki, onların ölümü ilk cümhuriyyətimizin dəyərlərini söndürmədi. Bu gün Gürcüstanın paytaxtında Görkəmli Azərbaycanlıların Panteonunda yanaşı uyuyan bu iki böyük insanın məzarları yalnız keçmişin xatirəsi deyil, XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinin hansı bahaya başa gəldiyini xatırladan müqəddəs məkandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri