YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Xankəndi, 7 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının əməkdaşları şəhid valideynləri ilə birgə Şuşa, Xankəndi və Xocalıda səfərdə olublar.
YAP rayon təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər iştirakçıları Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Xan qızı bulağı, şəhər meydanı, qala divarları və Cıdır düzündə, Xankəndi şəhərində mərkəzi park, Qarabağ Universitetində, Xocalıda parkda və Əsgəran qalasında olublar.
Partiyanın rayon təşkilatının sədri Fəqət Şadlinskaya işğalda olan torpaqlarımızın azad edilməsinə görə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza, şəhidlərə, qazilərə, daim xalq, iqtidar birliyi nümayiş etdirərək Zəfərlər qazanmış Azərbaycan xalqına minnətdarlığını bildirib.
Şəhid valideynləri övladları övladlarının şəhid olduğu torpaqlara qürurla gəldiklərini bildirib, bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini ifadə ediblər.
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin üzvlərinin Cıdır düzündə ifa etdikləri “Xudayar təsnifi”, “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” və başqa vətənpərvərlik mahnıları səfərə xüsusi rəng qatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















