YAP Tərtər rayon təşkilatının kollektivi bir qrup şəhid ailələri, qazilər və veteranlar ilə birlikdə Şuşa, Xocalı və Xankəndiyə səfər təşkil ediblər
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.



"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının kollektivi bir qrup şəhid ailələri, qazilər və veteranlar ilə birlikdə Şuşa, Xocalı və Xankəndiyə səfər təşkil ediblər.
Səfər iştirakçıları Əsgəran qalası, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü, İsa bulağı, Şuşa şəhərinin qala divarları ətrafında və Şuşa şəhərində çay süfrəsində olmuşlar. Sonra isə Xankəndi şəhərinin Mərkəzi meydanını gəzmiş və yemək süfrəsində olmuşdular.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.


