Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi, bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranmışdır.

Müasir Azərbaycanın milli siyasi məkanında fəaliyyəti və təsir dairəsi, beynəlxalq nüfuzu ilə fərqlənən, müasir siyasi sistemin formalaşmasında müstəsna rolu olan, demokratikləşmə prosesinə töhfəsini verən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Hazırda Yeni Azərbaycan Partiyası kəmiyyət və keyfiyyət göstəricilərinə görə, nəinki ölkəmizin, hətta regionun siyasi palitrasının ən aparıcı partiyası kimi siyasi-ictimai və sosial proseslərdə sözünü qətiyyətlə deyə bilən avanqard siyasi qüvvədir. Digər tərəfdən beynəlxalq siyasi partiyalar təşkilatlarının mühüm önəm kəsb edən üzvü kimi qlobal tendensiyalara təsir etmək iqtidarında olan Yeni Azərbaycan Partiyası təşəbbüs və təklifləri ilə də diqqəti cəlb edir.

Bir sözlə, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kriteriyalarına sahib olan şərəfli inkişaf yolu keçən və fəaliyyətilə Azərbaycanın həm daxili, həm də xarici həyatında əhəmiyyətli rol oynayan siyasi gücdür. Eyni zamanda, YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrilə, həmçinin Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində qüvvələrin səfərbər edilməsində əhəmiyyətli rol oynayır. Bu partiyanın adı, fəaliyyəti həm də xalq-iqtidar birliyinin ali təcəssümü kimi ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılıb.

44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə növbəti zəfərlərə yol açdı. Azərbaycan bu şanlı Qələbəsi ilə sübut etdi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasət davamlı uğurları şərtləndirir. Bu Zəfər Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni Nizamnamənin qəbulu, müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın işlənib hazırlanması və təsdiqlənməsi, struktur dəyişiklikləri kimi mühüm addımlar partiyanın tarixində yeni səhifənin əsası oldu. Yeni Proqramın əsas şüarı "Biz birlikdə güclüyük!" oldu. Müqayisəli təhlil aparsaq, Yeni Azərbaycan Partiyasının ilk Proqramında əsas çağırış "Yeni müstəqil Azərbaycan uğrunda!" idi. Həmin sənəddə əksini tapan vəzifələr, hədəflər ötən dövrdə uğurla icra edildi.

Bu zamana qədər partiyanın hər bir seçki prosesində platformasına diqqət yetirdikdə uğurlarımızın təqdimatı əsasında  açıqlanan hədəflər sırasında torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının əsas yer tutduğunu görmək olar. Artıq 4 ilə yaxındır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azad edilmiş ərazilər cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Yeni Azərbaycan Partiyasının yeni Proqramında, həmçinin "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə təqdim edilmiş seçki platformasında da bütün bu uğurlar və hədəflər öz əksini tapıb. Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür.

Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr - növbədənkənar parlament seçkilərinə  böyük qələbə əzmi ilə qatılıb. Partiyanın 32 ildə keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Partiyanın hər bir təşəbbüsü, qərarı Azərbaycanın bu günü və gələcəyi üçündür. Əbəs yerə Ümummilli Lider Heydər Əliyev bu partiyanı dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası kimi dəyərləndirməyib. Müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə 1992-ci il 21 noyabr tarixində təsis konfrasını keçirən partiyanın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi, sözsüz ki, adi bir statistik göstərici deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə inamın təsdiqidir.

Partiyanın 2021-ci ildə keçirilən VII qurultayında  Prezident İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarına əsaslanaraq belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu, cənab İlham Əliyevin partiyanın fəaliyyətinə verdiyi  yüksək dəyər, eyni zamanda, qarşıya qoyulan böyük  məsuliyyətdir.

Bu gün Azərbaycan xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən, bu müqəddəs məhfumu dəyərləndirən hər bir vətəndaş, hər bir təşkilat noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünü böyük fərəh və qürur hissilə qeyd etmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri