Icma.az
close
up
RU
YAP Kürdəmir rayon təşkilatında tədbir keçirilib

YAP Kürdəmir rayon təşkilatında tədbir keçirilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, rayon təşkilatı aparatının uçot və kargüzarlıq işləri üzrə məsləhətçisi Gülnar Məmmədova, ərazi partiya təşkilat sədrləri iştirak ediblər.
YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirib ki, görüşün məqsədi partiya üzvlərinin uçotunun düzgün aparılması, reyestr məlumatlarının dəqiqləşdirilməsi və aktuallaşdırılması, həmçinin "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunundan, Yeni Azərbaycan Partiyasının Nizamnaməsindən və Partiyanın yerli təşkilatları haqqında Əsasnamədən irəli gələn tələblərin bir daha diqqətə çatdırılmasıdır.
Tədbirdə çıxış edən rayon təşkilatının uçot və kargüzarlıq işləri üzrə məsləhətçisi Gülnar Məmmədova bildirib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu və Partiyanın Nizamnaməsinə uyğun olaraq üzvlərin reyestrinin aparılması, üzvlüyə qəbul, üzvlükdən çıxma və reyestr məlumatlarının yenilənməsi qaydalarını, üzvlərlə mütəmadi əlaqə saxlamaq, onların yaşayış yeri, iş yeri, əlaqə vasitələri və digər məlumatlarında baş verən dəyişiklikləri vaxtında rayon təşkilatına təqdim edilməsində ƏPT sədrləri fəallıq göstərsinlər. Daha sonra Gülnar Məmmədova bildirib ki, ən çox rast gəlinən hallardan biri də partiya üzvlərinin vəfat etməsidir. Bəzən belə hallar vaxtında bildirilmədiyi üçün həmin şəxslər uzun müddət reyestrdə aktiv üzv kimi qalırlar. Bu isə statistik göstəricilərin düzgün olmamasına səbəb olur. Ərazi partiya təşkilatında belə hallar baş verdikdə dərhal ƏPT sədrləri rayon təşkilatına vaxtında məlumat verməlidirlər. Məlumat əsasında üzvlüyə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilir və reyestr yenilənir. Uçot işində xüsusi diqqət yetirilməli məsələlərdən biri də partiya üzvünün yaşayış yerini dəyişməsi və başqa rayona köçməsidir. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü yalnız bir yerli təşkilatda qeydiyyatda ola bilər. Bu səbəbdən üzv daimi yaşayış yerini dəyişərək başqa rayona köçdükdə onun uçotu da müvafiq qaydada yeni rayon (şəhər) təşkilatına keçirilməlidir.
Tədbirdə çıxış edən ərazi partiya təşkilat sədrlərindən Məzahir Qasımov, Mais Bayramov və digərləri qanunvericiliyin və partiyanın Nizamnaməsinin tələblərinə uyğun qaydada ərazi partiya təşkilatı üzrə üzvlərin müvafiq yerdəyişmələrini və digər məlumatları vaxtında rayon təşkilatına çatdıracaqlarını qeyd ediblər. Sonda ƏPT sədrlərini maraqlandıran suallar cavablandırılmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri