Icma.az
close
up
RU
YAP: Milli siyasətin yenidən qurulması

YAP: Milli siyasətin yenidən qurulması

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

21 noyabr - Yeni Azərbaycan Partiyasının təsis olunması dövlətimizin tarixində əbədi xatırlanacaq xilas günlərindən biridir. Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabr tarixində Azərbaycanın ən çətin və keşməkeşli günlərində, ölkənin ağır siyasi və iqtisadi böhran içində olduğu bir vaxtda dövlətin gələcəyini düşünən ziyalıların və milli maraqlara sadiq insanların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranması Heydər Əliyev kimi peşəkar siyasətçinin ətrafında birləşərək dövlətin inkişafına yönəlmiş yeni bir siyasi qüvvə formalaşdırmaq məqsədi daşıyırdı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi düşmüş vətənsevər ziyalılarımızın təşəbbüsü iləYeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcı qoyulmuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı iləkeçirildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə ölkəmizin aparıcı siyasi qüvvəsi - Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu Öndərin mükəmməl şəkildə obrazlı ifadə etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası”dır. Ölkəmizin keçdiyi inkişaf yolu və bu günkü qüdrəti özü bu fikri təsdiq edir. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq nəinki ölkəmizin, o cümlədən, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın gələcək inkişafında sözün əsl mənasında yol göstərən aparıcı siyasi qüvvə rolunu oynadı. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin edilməsində və Azərbaycanın müstəqil dövlət quruculuğunda əvəzsiz rol oynadı. YAP Azərbaycanın demokratik siyasi mədəniyyətinə mühüm töhfələr verdi. Hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırmaq istiqamətində partiyanın fəaliyyəti yeni siyasi ənənələrin yaranmasına səbəb oldu.

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı Azərbaycanın siyasi həyatında hər zaman mühüm hadisə olmuşdur. 2005 – ci il 26 mart tarxi isə partiyanın siyasi təqvimində xüsusi əhəmiyyət daşıyır. Çünki məhz həmin tarixdə keçirilən III qurultayda Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı İlham Əliyev YAP-ın sədri seçilmişdir. İlham Əliyevin rəhbərliyi ilə YAP həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm uğurlar qazandı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti və proqramı milli maraqlara, qanunun aliliyinə və dövlətçiliyə əsaslanır. YAP-ın strateji hədəfləri sırasında güclü iqtisadiyyatın qurulması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və işğaldan azad olunmuş ərazilərin bərpası kimi məsələlər mühüm yer tutur. YAP beynəlxalq səviyyədə də Azərbaycanın milli maraqlarını uğurla müdafiə edən siyasi partiyadır.

Partiyanın siyasi təqvimində 5 mart 2021-ci il tarixində keçirilmiş VII Qurultay da xüsusi yer tutur. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi.

2021-ci ildə keçirilən YAP-ın VII qurultayı partiyanın qarşısında yeni vəzifələr müəyyən etdi. Yeni proqram və nizamnamə ilə partiyanın müasir dövrün çağırışlarına cavab verən bir güc mərkəzinə çevrilməsi məqsədi qoyuldu. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi isə Azərbaycanın dövlət siyasətində qadınların önəmli rolunu göstərdi.

Partiyamızın fəaliyyətinin əsasını təşkil edəndigər mühüm bir prinsip isə siyasi dialoqdur. Yeni Azərbaycan Partiyası həm iqtidar, həm də ölkənin ən böyük partiyası kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. Yeni Azərbaycan Partiyası iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına da xidmət edir. 2021-ci ilin21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Müasir beynəlxalq münasibətlər sistemində güc faktoru və siyasi dinamika əhəmiyyətini qoruyub saxlayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın milli maraqlarını müdafiə edərək dövlətimizin xarici siyasət prioritetlərini strateji və adekvat şəkildə formalaşdırır. Partiyamızın fəaliyyəti beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verərək, Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir. Azərbaycanın dayanıqlı inkişaf modelində, xüsusilə enerji diplomatiyası və iqtisadi əməkdaşlıq sahələrində YAP-ın rolu böyükdür.

YAP-ın müəyyən etdiyi strateji hədəflər Azərbaycanın ümumi inkişafını təmin etmək məqsədini güdür. Bu hədəflər arasında güclü iqtisadiyyatın qurulması, sosial ədalətin təminatı, şəffaflığın artırılması və mədəni irsin qorunması xüsusi yer tutur. Xüsusilə “Böyük Qayıdış” proqramı işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı üçün nəzərdə tutulan ən mühüm strateji istiqamətlərdəndir. Bu hədəflərin həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti və YAP - ın sədri İlham Əliyevin liderliyi ilə ölkənin iqtisadi, sosial və siyasi inkişafında əsaslı irəliləyişlərə nail olunmasına zəmin yaratmışdır.

Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını təmin edən ən güclü qüvvələrdən biridir. Partiyamızın müəyyən etdiyi strateji hədəflər və prinsiplər dövlətimizin milli maraqlarına və müasir dövrün çağırışlarına uyğun olaraq formalaşdırılmışdır. YAP-ın liderliyi ilə ölkəmizinin kişafı və xalqın rifahının təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın gələcək nəsilləri üçün güclü və dayanıqlı təməl yaradacaqdır.

Partiyamızın keçdiyi 32 illik şərəfli yol, onun xalqın və dövlətin maraqlarına sadiqliyinin sübutudur. Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycanın inkişafında mühüm siyasi qüvvə olaraq öz mövqeyini qoruyur və gələcəyə inamla addımlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri