YAP nümayəndə heyəti Şimali Kiprdə Barış Hərəkatının 51 ci ildönümünə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 1974-cü il Barış Hərəkatının 51-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlər keçirilib.
Mərasimlərə müxtəlif ölkələri təmsil edən nümayəndə heyətləri qatılıblar. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti də rəsmi tədbirlərdə iştirak edib.
YAP nümayəndə heyəti “Ay ulduz – eyni yoldayıq” şüarı altında keçirilən strateji infrastruktur layihələrinin təqdimatında da iştirak edib. Yeni Lefkoşa Dövlət Xəstəxanasının təməlqoyma mərasimi və Lefkoşa Şimal Dairəvi Yolu üzərində inşa edilən körpülü kəsişmənin açılışı olub.
Qeyd edək ki, YAP nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə daxildir.
Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 21 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















