YAP nümayəndələri şəhidləri sayğı ilə andı
Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.
YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə əklil və gül dəstələri qoyularaq Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın xatirəsi ehtiramla anılıb.
AzNews.az





Şəhidləri belə andılar Fotolar
20 Yanvar 2025 13:07
Gədəbəydə 20 Yanvar şəhidləri anılıb
21 Yanvar 2025 13:48
20 Yanvar faciəsinin Borçalı şəhidləri
22 Yanvar 2025 10:27
Suraxanıda Xocalı şəhidləri anıldı FOTOLAR
26 Fevral 2025 09:55
Xocalı şəhidləri İzmirdə yad edilib FOTOLAR
28 Fevral 2025 16:31

