Icma.az
close
up
RU
YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 noyabr 2024 - cü il tarixdə Yeni Azərbaycan Partiyasınin yaradılmasının 32-ci ildönümü ərəfəsində YAP Qazax rayon təşkilatının yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatı yaradıldı.

Təsis yığıncağının əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yığıncağı açaraq, Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Ümummillli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan yeni ərazi partiya təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. A.Nəbiyev çıxışı zamanı partiyamızın tarixi VII Qurultayında Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə də ətraflı məlumat verdi.

Təsis yığıncağında “Saloğlu” Fərdi Firmasının direktoru Səyid Şərifzadə, əməkdaşlardan Amid Mustafayev, Mehriban Tanrıverdiyeva və başqaları çıxış etdilər. Məlumat verrildi ki, müəssisədə çalışan işçilərın bir hissəsi Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət etmişlər. YAP Qazax rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ərazidə yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul etmişdir.

Təsis yığıncağında təşkilatı məsələyə də baxıldı, Amid Mustafayev ərazi partiya təşkilatının sədri, Mehriban Tanrıverdiyeva isə sədr müavini seçildi.

Təsis yığıncağının sonunda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədr və müavini təbrik edərək, onlara lazımi tapşırıq və tövsiyyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri