Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatında “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib

YAP Yasamal rayon təşkilatında “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və FA Art Studionun birgə təşkilatıçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan fərdi yaradıcılıq sərgisində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, FA Art tədris mərkəzinin rəhbəri Fatma Əliyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və gənc rəssamlar iştirak edib.

Rəsm sərgisində  çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür layihələr dövlətin gənclər siyasətinin real təzahürlərindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi hərtərəfli inkişaf üçün geniş imkanlar qazanıb.

Sərgidə nümayiş olunan əsərlərin gənclərin gələcəyə baxışını aydın şəkildə əks etdirdiyi qeyd olunub. Bildirilib ki, bu yaradıcılıq nümunələrində innovativ yanaşma ilə milli dəyərlərin vəhdəti hiss olunur. Gənclərin istedadının üzə çıxarılması və təşviqi prioritet məsələ kimi dəyərləndirilib. Beynəlxalq Qalereya və FA Art Studio ilə əməkdaşlıq uğurlu nümunə kimi qiymətləndirilib.

Sərginin gənclərdə özünəinam hissini gücləndirdiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, bu gün ilk addımlarını atan gənclər gələcəkdə ölkəni beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklər. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra 50 rəssamın sənət əsərinə baxış keçirilib. Sərginin sonunda təltiflər, hədiyyələr təqdim olunub və sərgi bədii hissənin təqdim olunması ilə sona yetib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri