Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

YAP yeni zirvələrə doğru inamla addımlayır

YAP yeni zirvələrə doğru inamla addımlayır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. 32 il partiyanın tarixini o qədər uğur, qələbə səhifələri ilə zənginləşdirib ki, onların xronologiyasını belə tam əhatə etmək qeyri-mümkündür. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasını belə xarakterizə edirdi ki, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildi. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Ümummilli Liderin bu fikirləri Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın bu günü və gələcəyi üçün çalışan YAP bunu 32 ildə cəmiyyətə təqdim etdiyi hədəflərində və onlara doğru atdığı inamlı addımlarında təsdiqləyir. Hər dövrün çağırışlarını həyata keçirmək üçün səylər göstərilir, mühüm addımlar atılır. Bu il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri 32 illik yolun təqdimatında əhəmiyyətli rol oynadı. 7 fevral tarixində keçirilən prezident seçkilərinə “Qalib xalqın qalib Lideri”, 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarları ilə qatılan Yeni Azərbaycan Partiyası fəaliyyətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlamışdı. Seçkidən-seçkiyə dəyişən, yeniləşən çağırışlar YAP-ın hədəfə yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 32 illik yol Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin, populizmdən uzaq partiya olduğunun təsdiqidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi həm ölkəmizin, həm də partiyanın uğurlu gələcəyi üçün möhkəm təməl yaratdı. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidinə çevrilən xalq gələcəyə böyük inamla addımladı. Xalqın Heydər Əliyev siyasətinə inamı və etimadı böyükdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq Azərbaycanın müstəqillik tarixinə bələdçilik edir, qələbədən-qələbəyə doğru inamla irəliləyir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Yeni Azərbaycan Partiyasının da qarşısında yeni vəzifələr qoydu: “Şanlı Qələbəmizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.
“YAP yeni zirvələrə doğru inamla addımlayır” söyləyən Malik Həsənov bildirib ki, 2021-ci il 5 mart tarixində keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edildi: “Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi”.
“Bütün müasir tendensiyalar və regionda yaranmış yeni reallıqlar 5 fəsildən ibarət olan yeni Proqramda öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, həmçinin 11 strateji hədəf müəyyən olunub. Hər bir hədəf müasir, müstəqil, qalib Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqların dirçəlməsi və Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır”, - deyə millət vəkili vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri