Icma.az
close
up
RU
YAPın yaranmasından 32 il ötür

YAPın yaranmasından 32 il ötür

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür.

APA-nın məlumatına görə, 1992-ci ilin 16 oktyabrında Azərbaycanın düşdüyü çətin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran ictimaiyyətin tanınmış şəxslərindən 91 nəfərin imzası ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət göndərilib. Müraciətdə ölkədəki ağır vəziyyətdən bəhs edilir, Heydər Əliyevdən öz zəngin təcrübəsinə əsaslanaraq, yeni yaranacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu.

24 oktyabr 1992-ci ildə Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək, təklifi qəbul etdiyini bildirib.


Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

YAP sədri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilib. 1995-ci ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayında sədrin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III Qurultayında isə sədr seçilib. Azərbaycan Prezidenti İlham Əliyev hazırda da YAP-ın sədridir.

YAP sədrinin birinci müavini Mehriban Əliyeva, sədr müavinləri isə Tahir Budaqov və Əli Əhmədovdur.

1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

1995-ci ildə AP Qadınlar Şurası və Gənclər Birliyi təsis olunub.

YAP ölkədə keçirilən parlament və bələdiyyə seçkilərində də mütləq əksəriyyətlə qələbə qazanır.

2024-cü ildə keçirilmiş son parlament seçkiləri əsasında formalaşmış VII çağırış Milli Məclisdə YAP üzvü olan 68 deputat var.

YAP rəsmi internet səhifəsində 730 354 nəfər üzvü olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri