Yaponiyada ayı nəzarətinə məsul məmur təyin ediləcək
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Hakimiyyət orqanları hücumların artmasını tərk edilmiş fermalar və ovçuların sayının azalması ilə əlaqələndirirlər.
Yaponiya ayı hücumları ilə mübarizəyə məsul nazir təyin edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında deyiir. Qərar ölümcül hadisələrin artması fonunda verilib.
Hakim partiyadan olan parlament üzvü Hiroyoşi Sasaqava kabinetdə aparılan dəyişikliklərdən sonra yeni ətraf mühit naziri təyin edilib. O, həmçinin ayı populyasiyasına nəzarət üzrə yeni yaradılmış departamentə rəhbərlik edəcək. Sasaqava həmçinin nüvə obyektlərində fövqəladə hallara hazırlıqdan məsul olacaq.
Hökumət məlumatlarına görə, ötən il Yaponiyada 50.776 ayı müşahidəsi qeydə alınıb. Bu, əvvəlki iki ildəkindən çoxdur.
Hücumlarda yaralananların sayı rekord həddə - 238-ə çatdı. Ölənlərin sayı əvvəlki ildəki üç nəfərdən 13-ə yüksəldi.
Hökumət hadisələrin artmasını qismən ayıların tərk edilmiş fermalardakı kənd təsərrüfatı torpaqlarına cəlb olunması ilə əlaqələndirir. Digər bir amil isə ovçuların sayının azalmasıdır.
Daha əvvəl, görünməmiş sayda ayı hücumu fonunda Yaponiya hökuməti ölkənin şimalına qoşun göndərərək, ovlanmaya kömək etdi.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















