Yaponiyada mürəkkəb şəraitə görə ordu yenidən təşkil edilir
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Yaponiyada yaranmış mürəkkəb təhlükəsizlik şəraiti fonunda ordunun yenidən təşkil edilməsinə qərar verilib.
Moderator.az-ın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunur:
"Takaiçi kabineti İkinci Dünya müharibəsi başa çatdıqdan bəri təhlükəsizlik baxımından ən kəskin və çətin vəziyyətdə müdafiə siyasətinin gücləndirilməsi istiqamətində işlər görür".
Baş nazir əlavə edib ki, Yaponiyanın Aerokosmik Özünümüdafiə Qüvvələrində struktur dəyişiklikləri icra olunacaq və bu qurumun fəaliyyətinin mərkəzində kosmik sahə dayanacaq. Hökumət rəhbəri qeyd edib ki, kosmik məkandan istifadə zamanı ortaya çıxa biləcək istənilən problem silahlı qüvvələrin, eləcə də Müdafiə Nazirliyinin hədəflərinə çatmağına maneələr yaradacaq. Eyni zamanda, Aerokosmik Özünümüdafiə Qüvvələrinin bazasında Kosmik Əməliyyatlar Komandanlığının təsis edilməsi də nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Avqust 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















