Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərinin çapı layihəsi çərçivəsində növbəti not kitabı buraxılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq bəstəkarın fortepiano üçün əsərləri gündoğar ölkədə işıq üzü görüb.
“Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunan əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib.
Artıq mağazalara satışa verilən kitabın 2025-ci ildə təqdimatının, həmçinin konsert proqramının keçirilməsi, Qara Qarayev musiqisi haqqında mühazirələrin, açıq dərslərin və digər bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasından ibarət iki not kitabı yapon musiqisevərlərin ixtiyarına verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















