Yaponiyada zəlzələdən sonra 95 mindən çox ev su təchizatsız qalıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyulun 28-də 7,1 maqnitudalı zəlzələnin baş verdiyi Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil su ilə təchiz olunmur. Məlumatı Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi açıqlayıb.
Bununla yanaşı, qonşu Naqasaki prefekturasında suyun verilişi tam bərpa edilib. Fəlakət zonasına su avtosisternlərlə, o cümlədən Yaponiyanın Özünümüdafiə Qüvvələrinin bölmələri tərəfindən çatdırılır. Xilasetmə və fəsadların aradan qaldırılması əməliyyatına 4 600-ə yaxın hərbi qulluqçu cəlb olunub.
Yerli hakimiyyət orqanlarının veriliş etdiyi məlumata əsasən, Kumamotoda 64 tibb müəssisəsində elektrik və su təchizatı kəsilib. Zərərçəkənlər üçün 415 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb və orada 14 mindən çox insan sığınacaq tapıb. İnsanlar əsasən məktəblərin idman zallarında və ictimai binalarda yerləşdiriliblər. Bu obyektlərin çoxunda kondisioner olmadığından, havanın 40 dərəcəyə çatacağı proqnozlaşdırılan anomal isti fonunda kütləvi istivurma riski kəskin artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 İyul 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















