Icma.az
close
up
RU
Yaponlar möcüzəvi su yaratdı: iç və arıqla diyetoloq deyir ki...

Yaponlar möcüzəvi su yaratdı: iç və arıqla diyetoloq deyir ki...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ləman Süleymanova: “Yalnız su içməklə yağların əriməsi elmi baxımdan mümkün deyil”

Yaponiyanın ən böyük içki istehsalçılarından biri olan “Suntory” şirkəti qarındakı yağları azaltmağa kömək etdiyi iddia olunan xüsusi su - “Special Water” yaradıb. Bu barədə “Oddity Central” məlumat yayıb.

İlk baxışdan məhsul adi mineral sudan heç nə ilə fərqlənmir. Bu, şəffaf, dadsız, kalorisiz, şəkərsiz və kofeinsiz bir mayedir. Bununla belə, xüsusi su Yaponiyada rəsmi olaraq “funksional qida” kimi qeydiyyata alınıb. Bu da istehsalçıya onun sağlamlıq faydalarının olduğunu iddia etməyə imkan verir.

İçkinin əsas aktiv tərkib hissəsi fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekulyar çəkili metabolitdir. Klinik tədqiqatlar göstərib ki, onun müntəzəm istehlakı qarın yağının paylanmasını yaxşılaşdırmağa və ürək-damar sistemi üçün ən təhlükəli yağ növü olan visseral yağı azaltmağa kömək edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, xüsusi su əsasən ofis işçiləri və oturaq həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub. Şirkət məhsulu vərdişlərdə və ya pəhrizdə köklü dəyişikliklərə ehtiyac olmadan sağlamlığı qorumaq üçün bir yol kimi təqdim edir. Tərtibatçılar əmindir ki, onun müntəzəm istehlakı qarın yağını azaltmağa kömək edəcək.

Diyetoloq bu xüsusda nə düşünür? Doğrudanmı arıqlamaq üçün belə bir suyun istehlakı kifayətdir?

Ləman Süleymanova

Məsələ ilə bağlı diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışaraq bildirib ki, suyun bədən üçün rolu əvəzolunmaz olsa da, onun arıqlatma təsiri yalnız dolayı şəkildə mümkündür: “İlk növbədə su barədə danışmaq istərdim. Məlum olduğu kimi, insan orqanizminin hər zaman suya böyük ehtiyacı var. Dərimizin gözəl və sağlam görünməsi, bədənin gəncliyini qoruması, hüceyrələrin normal fəaliyyəti üçün su həyati əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, elmi araşdırmalara görə, insan orqanizminin təxminən 60-70 faizi sudan ibarətdir.

Su qəbulunun artması maddələr mübadiləsini aktivləşdirir, amma təkbaşına arıqlamağa səbəb ola bilməz. Orta hesabla bir insan gün ərzində 2-2,5 litr su qəbul etməlidir. Bu, yalnız susuzluğu yatırmaq üçün deyil, həm də orqanizmin daxili sistemlərinin düzgün işləməsi üçün vacibdir. Su çatışmadıqda maddələr mübadiləsi zəifləyir, hormon balansı pozulur, bağırsaq fəaliyyəti ləngiyir. Nəticədə bədəndə toksinlər toplanır və artıq çəki yaranır".

Ləman Süleymanovanın sözlərinə görə, suyun əsas rolu bədən sistemlərini balansda saxlamaq, toksinləri xaric etmək və hüceyrə yenilənməsini təmin etməkdir: “Bir dəqiqə ərzində orqanizmdə 4 milyon eritrosit, yəni qırmızı qan hüceyrəsi məhv olur və elə bu qədər də yenisi yaranır. Bu prosesin normal getməsi üçün su zəruridir. Amma suyun bu funksiyası onu yağ yandıran vasitəyə çevirmir. Sadəcə, düzgün su rejimi bədənin təbii enerji sərfini artırır.

Son illər Yaponiyada və Cənubi Koreyada funksional içkilər tendensiyası geniş yayılıb. Lakin bu cür məhsulların çoxu marketinq yönümlü olur və onların iddia edilən təsirləri elmi cəhətdən tam sübuta yetirilməyib. Əgər belə bir içkinin tərkibində maddələr mübadiləsini dəstəkləyən təbii komponentlər varsa, o zaman bu, orqanizmə müəyyən qədər kömək göstərə bilər. Lakin arıqlamaq üçün hər şeydən əvvəl düzgün qidalanma və hərəkət vacibdir. Yalnız su içməklə yağların əriməsi elmi baxımdan mümkün deyil. Su həm sağlamlıq, həm də gözəllik üçün ən təbii və ucuz vasitədir, lakin “möcüzə içki” adlandırmaq doğru deyil.

Bəzən insanlar çay, qəhvə və qazlı içkiləri suyun əvəzinə qəbul edirlər. Halbuki bu içkilər əksinə, bədəndən suyun itirilməsinə səbəb olur. Ən yaxşısı təmiz su içməkdir. Xüsusilə səhər oyanandan sonra bir stəkan ilıq su içmək bədəni oyadır və toksinlərin atılmasına kömək edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri