Icma.az
close
up
RU
Yaqub Eyyubovla yubiley və Ramiz Mehdiyev söhbəti… KONKRET

Yaqub Eyyubovla yubiley və Ramiz Mehdiyev söhbəti… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 24-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur. Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib. Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub. 

Yaqub Eyyubov yubileyi və təltif münasibətilə “Yeni Sabah”ın suallarını cavablandırıb.

KONKRET.az onunla müsahibəni təqdim edir:

– Prezident İlham Əliyev sizi “İstiqlal” ordeni ilə təltif edib. Belə yüksək təltif gözləyirdiniz? 

– Xeyr, mənim üçün xoş və gözlənilməz xəbər oldu.

– Necə qiymətləndirirsiniz?

– Yüksək qiymətləndirirəm. Cənab Prezidentə təşəkkürümü və minnətdarlığımı bildirdim. Mənim elə də böyük fəaliyyətim, xidmətim yoxdur. Amma nə bacarıramsa, dövlətə və xalqa xidmət etmişəm.

– Təltif olunma xəbərini sizə ilk kim verdi və kim təbrik etdi?

– Cənab Prezident.

– Zəng etmişdi?

– Xeyr, qəbuluna dəvət etmişdi. Orada ordeni təqdim etdi.

– Cənab Prezident sizə nə arzuladı? Hansı tapşırıqları verdi?

– Həmişə olduğu kimi, dövlətə sədaqətlə xidmət etməyi tapşırdı.

– Cənab Prezidentdən sonra sizi ilk kim təbrik etdi?

– Hələlik heç kim.

– Aldığınız mükafatlar arasında ən yüksəyi “İstiqlal” ordenidir?

– Ordenlərin, mükafatların hamısı yüksəkdir.

– 80 illik yubileyinizi qeyd etdiyiniz bu günlərdə xalqımıza və özünüzə nə arzulayırsınız?

– Firavanlıq, sülh, əmin-amanlıq və xoş günlər arzulayıram.

– Ömürün bu yaşında özünüzü necə hiss edirsiniz?

– Neçə yaşım varsa, elə ona da uyğun hiss edirəm.

– Bundan sonra da işləmək arzusundasınızmı?

– Mən həmişə hər şeyə optimist yanaşmışam. Taleh qarşıma nə qoyubsa, onu da gözləyirəm və qəbul edirəm.

– Yaqub müəllim, son günlər ölkə gündəmini bir məsələ zəbt edib. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb. Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

– Çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri